“Azərbaycanı sevirəm, amma…” – Müğənninin sözləri etiraz doğurdu

Baxış sayı: 
41
1  
0  

Güney Azərbaycandan olan tanınmış müğənni Əli Pormehrin İnstaqram səhifəsindəki paylaşımı azərbaycanlıların etirazına səbəb olub.

Turaninfo.org  xəbər verir ki, Təbrizdəki son konserti haqda danışan müğənni Azərbaycan və Türkiyə bayraqlarını səhifəsində görmək istəmədiyini bildirib.

Müğənni “mənim ölkəm İrandır” deyərək, azərbaycanlı internet istifadəçilərini səhifəsində “başqa ölkələrin” bayrağını yaymamağa çağırıb:

“Mən Azərbaycan, “Traktor” və ana dilimi çox sevirəm. Lakin bunu heç zaman İran coğrafiyasının kənarında istəməmişəm və istəməyəcəm. Mənim fəaliyyətimə yalnız mədəniyyət gözü ilə baxın. Mən siyasi deyiləm, məni siyasiləşdirməyin”.

Sənətçinin fikirləri Güney Azərbaycandan olan fəalların etirazına səbəb olub.

Загрузка...
Загрузка...