"Azərbaycandan kimi Nobel mükafatına namizəd görürsünüz?" - Bakı sakinləri arasında videosorğu FOTO VİDEO

Baxış sayı: 
64
2  
0  

 
Bu il Azərbaycandan Nobel mükafatına namizəd Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri, bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə olub. Qeyd edək ki, Şeyxülislam artıq ikinci dəfədir ki, bu mükafata namizəddir.
 
İndiyə qədər Azərbaycanın bir çox tanınmış ziyalısı, alimləri, elm xadimləri Nobel mükafatına namizəd olub. Lakin formalaşmasında Bakı neftinin də müstəsna rolu olmuş Nobel mükafatı hələ ki, ölkəmizə gəlib çıxmayıb. Bəziləri qeyd edir ki, bunun əsas səbəblərindən biri düzgün namizədin seçilməməsidir.
 
Bəs Bakı sakinləri Azərbaycandan kimi Nobel mükafatına namizəd görür?
 
"TV Musavat"ın əməkdaşları bu mövzuda paytaxt sakinləri arasında sorğu keçirib. Respondentlərin bir-birindən fərqli cavablarını təqdim etdiyimiz videosorğudan izləyə bilərsiniz.
 
Xalidə Gəray,
Elçin Əkbərov,
Müsavat.com

Загрузка...
Загрузка...