Azərbaycanda zəlzələ: İranda kəndlər dağıldı; 207 ölü - Foto

 
Güney Azərbaycan da daxil olmaqla, böyük bir ərazidə güclü zəlzələ baş verib.
 
Axar.az xəbər verir ki, İraqda (Süleymaniyyə) 7,2 bal, İranda, Kirmanşahda isə 7,3 bal gücündə dəhşətli zəlzələ olub. Zəlzələ İranın bir çox vilayətlərində - Ərak, Həmədan, o cümlədən Şərqi və Qərbi Azərbaycanda, həmçinin Təbriz şəhərində 4,9 bal gücündə özünü göstərib.
 
Təbrizdə əhali panika səbəbindən küçələrə axışıb. Hazırda təbrizlilər küçələrdədir.
 
Hələlik rəsmi açıqlama yoxdur.
 
Yeraltı təkanların Azərbaycan Respublikasının cənub bölgəsində - Lənkəran və Astara şəhərlərində də 4 bal gücündə hiss edilib.
 
***
 
İranın Kirmanşah şəhərində baş verən zəlzələnin böyük dağıntılara səbəb olduğu barədə məlumat yayılıb. Sosial şəbəkə istifadəçiləri dağıntıya aid fotolar paylaşıblar.
 
Zəlzələ, dağıntı və tələfatla bağlı hələlik rəsmi açıqlama verilməyib.
 
***
 
ABŞ Geoloji Araşdırmalar Mərkəzi İraqdakı zəlzələnin 7,2 bal gücündə olduğunu, episentrinin Hələbçənin 32 km cənub-qərbinə, 33,9 km dərinliyə düşdüyünü açıqlayıb.
 
Zəlzələ Türkiyədə də hiss edilib.
 
***
 
Zəlzələnin İranda böyük dağıntılara və təlafata səbəb olduğu haqda ilkin məlumat verilib. Sosial şəbəkədə Qəsr Şirin şəhərində 2 nəfərin öldüyü bildirilir.
 
***
 
Yaxın Şərqi bürüyən və bir-birinin ardınca baş verən zəlzələlərin xəritəsi yayılıb. Ən güclü və ardıcıl təkanların qeydə alındığı ərazilər qırmızı rənglə işarələnib.
 
***
 
Azərbaycan Seysmoloji Xidmət Mərkəzi zəlzələnin İran-İraq sərhədində (koordinatlar: 34.82, 45.87), yerli vaxtla saat 22:18:16-da baş verdiyini açıqlayıb. Zəlzələnin maqnitudası 7,2 bal, dərinliyi 19 km olub.
 
Zəlzələ Naxçıvanda və cənub rayonlarımızda hiss edilib.
 
***
 
Qəsr Şirində ölənlərin sayı 6 nəfərə çatıb. İranda bütün xəstəxanalar hazır vəziyyətə gətirilib. Zəlzələnin xüsusilə güclü olduğu ərazilərə çoxsaylı təcili yardım maşınları və xilasedicilər göndərilib.
 
***
 
Zəlzələni ümumilikdə 180 milyon insan hiss edib.
 
***
 
Sosial şəbəkələrdə İranda zəlzələ nəticəsində ölənlərin sayının 16 nəfərə çatdığı iddia edilib. Çoxlu sayda yaralının olduğu bildirilir. Ən böyük dağıntı və tələfat Kirmanşah vilayətindədir.
 
Rəsmi məlumatda isə həlilk 4 ölü və 15 yaralının olduğu açıqlanıb.
 
***
 
Rəsmi məlumata görə, Kirmanşahda bir çox kənd tamamilə dağılıb, vilayətin işıq və telefonu kəsilib.
 
İcra nümayəndəsi 6 nəfərin öldüyü və 138 insanın yaralandığını təsdiqləyib. O, ölü və yaralıların sayının artacağını istisna etməyib.
 
Rabitə əlaqəsi kəsildiyi üçün dağıntılar və tələfatla bağlı dəqiq məlumat almaq mümkün deyil.
 
***
 
İranın millət vəkili Fərhad Təcri "Tasnim" agentliyinə Qəsri Şirin, Serpulzihab və Səlas Babacanidə 155 nəfərin öldüyünü, 1684 adamın yaralandığını deyib.
 
İraqın Süleymaniyyə şəhərində isə hələlik 6 nəfərin öldüyü müəyyənləşib.
 
İRNA-nın yaydığı məlumata görə, İran İslam Respublikası Böhran İdarəetmə Mərkəzinin sözçüsü Behnam Səidi bu ana qədər 141 nəfərin cəsədinin tapıldığını, 866 yaralının dəqiqləşdiyini açıqlayıb. Ölü və yaralı sayının arta biləcəyi də qeyd edilib.
 
İranın Daxili İşlər naziri Əbdülrza Rəhmani Fəzli zəlzələ bölgələrində səhra xəstəxanalarının qurulacağını bildirib.
 
Kirmanşah əyalətində 3 günlük matəm elan edilib.
 
***
 
İranda zəlzələ nəticəsində ölənlərin sayı 164 nəfərə çatıb.
 
***
 
Kirmanşah vilayətinin Tibbi Ekspertiza İdarəsini rəisi Artin Kəmali ölənlərin sayının 207-ə çatdığını bildirib. Onlardan 142-si Sərpolzahab, 22-si İslamabad, 15-i Babacan, 14 Kərəndqərb, 14 nəfəri isə Qəsri Şirində həlak olub.
 
Bölgədə 70 min nəfər evsiz qalıb. Yaralıların sayı həddindən çox olduğundan yerli xəstəxanalarda yaralıları qəbul etmək üçün ciddi problemlər yaşanır. Qızıl Aypara cəmiyyəti səhra xəstəxanalarının açılmasına çalışır.

Загрузка...
Загрузка...