Azərbaycanda turistlər üçün "Qaynar xətt" açılacaq

Baxış sayı: 
25
1  
0  

Azərbaycanda turistlər üçün "Qaynar xətt" xidməti fəaliyyət göstərəcək.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Turizm Sammitində çıxış edən Azərbaycan Turizm Bürosunun Qonaq təcrübəsinin idarəedilməsi departamentinin rəhbəri Vüsal Şahbazov bildirib.

 

Onun sözlərinə görə, 24 saat ərzində ölkə daxilində və xaricində zəngləri qəbul edəcək "Qaynar xətt" ilk olaraq rus, ingilis, alman və ərəb dillərində fəaliyyət göstərəcək. Bu xidmət çərçivəsində turistlərə fövqəladə hallarda informasiya dəstəyinin göstərilməsi, nəqliyyat haqqında məlumatların verilməsi, təklif və şikayətlərin qəbul edilməsi nəzərdə tutulur.

 

V.Şahbazov əlavə edib ki, turizm məkanları, turizm fəaliyyəti və bu sahədə fəaliyyət göstərən şirkətlərin məhsulları ilə bağlı məlumatları özündə cəmləşdirən veb-portal da hazırlanacaq. Bu platformanın gələn ilin yarısında istifadəyə verilməsi planlaşdırılır.

Загрузка...
Загрузка...