​Azərbaycanda sərxoş ana dəfələrlə döydü – “Uşağı küçədə tapdım”

Baxış sayı: 
29
1  
0  

Azərbaycanda ana azyaşlı övladını döyüb.
 
Oxu.Az-ın məlumatına görə, hadisə Gəncədə baş verib.
 
Əməkdaşımızın əldə etdiyi məlumata görə, uşağın anası Səbinə Həsənpur adlı qadındır. O, həyat yoldaşından ayrılıb. Beş uşağı var və tüfeyli həyat tərzi keçirir. Həftədə bir dəfə uşağın atası onları görmək üçün gələn zaman 2008-ci il təvəllüdlü azyaşlı qız anasının sərxoş olaraq onu döydüyünü bildirib. Atasının hadisədən xəbər tutmasından qəzəblənən ana ona qarşı yenidən fiziki təzyiq göstərib.
 
Məsələ barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımov saytımıza açıqlama verib.
 
Onun sözlərinə görə, qadının qonşusu döyülmüş uşağı küçədə tapıb və bu barədə Gəncə Polis İdarəsinə məlumat verib:
 
“Uşaq gecə küçədə ağlayırmış, qonşu görüb və evə gətirib. Daha sonra qadın polisə müraciət edib. Uşağın və qadının izahatı alınıb. Uşaq polisə onu anasının döydüyünü bildirib”.
 
E.Qasımov qeyd edib ki, məsələ barədə araşdırma aparılır:
 
“Xanımın inzibati xəta törətdiyi müəyyən edilərək, barəsində protokol tərtib edilib”.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.

Загрузка...
Загрузка...