Azərbaycanda sərnişinlə dolu avtobus "Jeep"lə TOQQUŞDU: Ölən və yaralanlar var.

Baxış sayı: 
176
0  
0  

Bakı Quba yolunun 142–ci kilometrliyində ağır yol qəzası baş verib.

Turaninfo.org istinadən xəbər verir ki, Bakı-Qusar marşrutu ilə hərəkət edən sərnişinlə dolu avtobus "Jeep” markalı maşınla toqquşub.

Hadisə nəticəsində minik maşınında olan bir nəfər həlak olub. Avtobusdakı sərnişinlərin bir neçəsi yaralanıb.

Hadisə yerinə Quba və Şabrandan təcili tibbi yardım briqadası cəlb olunub.
**

Hadisə magistralın İsnovqışlaq kəndi ərazisində qeydə alınıb. Avtobusla minik maşının toqquşması nəticəsində bir nəfərin öldüyü bildirilir. Xəsarət alan 6 nəfər Quba Mərkəzi Rayon Xəstəxanasına, 2 nəfər isə Quba Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Загрузка...
Загрузка...