​Azərbaycanda şirkət rəhbəri barəsində - Qərar

Baxış sayı: 
237
1  
0  

 
Azərbaycanda karantin rejimini pozamaqda ittiham olunan “AzərEmo” MMC-nin rəhbəri Elkin Xasməmmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətinə baxılıb.
 
Teleqraf.com xəbər verir ki, Nərimanov rayon Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə baş tutan iclasda qərar elan edilib.
 
Qərara görə, Elkin Xasməmmədovun vəsatəti rədd edilib.
 
İttihama görə, karantin qaydalarını pozaraq bölgələrdən paytaxta, eləcə də əks istiqamətdə sərnişinlərin hərəkətinə şərait yaradan sürücülər polis əməkdaşları tərəfindən saxlanılıblar.
 
Keçirilən əməliyyat nəticəsində bu qanunsuz fəaliyyətlə məşğul olan Ağstafa rayon sakini Pərvin Tatarov və onun həmyerlisi “AzərEmo” MMC-nin rəhbəri Elkin Xasməmmədov tutulub.
 
Araşdırma zamanı məlum olub ki, Elkin Xasməmmədov pul müqabilində təsisçisi olduğu şirkətin adından Pərvin Tatarovun paytaxta gətirdiyi sərnişinləri icazə portalından qanunsuz olaraq qeydiyyatdan keçirib.
 
Bununla da hər iki şəxs xüsusi karantin qaydalarını pozublar.
 
Karantin qaydalarını pozan Pərvin Tatarov və Elkin Xasməmmədovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 
İstintaq gedir.
 
Müəllif: Hacı Zeynalov

Загрузка...
Загрузка...