Azərbaycanda sensasiya:Millət vəkilinin oğlu iki seçki dairəsindən namizədliyini irəli sürüb

Baxış sayı: 
114
1  
0  

 
 
Azərbaycanda daha bir millət vəkilinin övladı deputatlığa namizədliyi ilə gündəmə gəlib.
Bu şəxs deputat Mirkazım Kazımovun oğlu Səid Kazımovdur.
 
Deputat oğlunu gündəmə gətirən eyni vaxtda iki seçki dairəsindən namizədliyini irəli sürməsidir. O, həm 67 saylı Cəlilabad şəhər seçki dairəsi, həm də 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən namizədliyini irəli sürüb. Lakin sonradan 67 saylı Cəlilabad şəhər seçki dairəsi üzrə namizəd olmaqdan öz istəyi ilə imtina edib.
 
Hazırda o 69 saylı dairədən namizədliyə iddialı olaraq qalır. Belə ki, S. Kazımov tələb olunan imzaları toplayaraq DSK-ya təqdim edib. Hələlik namizədliyi qeydə alınmayıb.

Загрузка...
Загрузка...