Azərbaycanda satılan ən bahalı avtomobillər - FOTOLAR

Baxış sayı: 
55
2  
0  

 
Azərbaycanda elan saytlarında satılan bəzi avtomobillərin qiyməti dodaq uçuqladır, desək, yanılmarıq.
 
Oxu.Az xəbər verir ki, bu avtomobillərin, demək olar ki, hamısı təzədir və Bakıdakı avtosalonlarda satılır.
Elan saytlarında satılan ən bahalı avtomobil 450 min avroyadır (829 min AZN). “Bentley Mulsanne” markalı avtomobil 2018-ci ildə istehsal olunub.
 

 
2019-cu ildə istehsal olunan “Bentley Continental” markalı avtomobil isə 335 min avroya (617 min AZN) satılır.
 

 
Bu model avtomobilin 2018-ci ildə istehsal olunan seriyası isə 310 min avroya (571 min AZN) satışa çıxarılıb.
 

 
2014-cü il buraxılışlı “Lamborghini Aventador” markalı ikinci əl avtomobil isə Bakıdakı avtosalonlardan birində 330 min dollara (561 min AZN) satılır.
 

 
2013-cü ildə istehsal olunan “Rolls-Royce Wraith” markalı ikinci əl avtomobil 288 min dollara (489600 AZN) satışa çıxarılıb.

Загрузка...
Загрузка...