Azərbaycanda porno təbliğatı aparan gənci kim himayə edir? – Gecə klubunda intim görüntülər (VİDEO 18+)

Baxış sayı: 
57
1  
0  
 

 
 
İntim görüntülər, azyaşlıların spirtli içki qəbulu, striptiz rəqslər…
Azərbaycan Yazıçılar Birliyinin binasında yerləşən keçmiş “26” – “Twenty six” adlı kafenin yerində “Hot Room Club” adlı gecə klubu fəaliyyətə başlayıb.
 
Minval.info xəbər verir ki, sadəcə adında 26 rəqəmi olduğu üçün hay-küy salındı. Həmin zamanlarda BŞİH-nin başçısı olan Hacıbala Abutalıbov jurnalistlərə, “Azərbaycanlıların soyqırımını təşkil edən qatillərin havadarları təəssüf ki, bu gün də yaşayırlar. Bunun nəticəsidir ki, Yazıçılar İttifaqının binasının bir hissəsi icarəyə götürüb, “26” sözünü nəinki Azərbaycan, hətta ingilis dilində də yazmağa cürət ediblər. Qoy, burada yaşayan erməni havadarları da başa düşsün ki, nə qədər Azərbaycan xalqı var, erməni daşnaklarına Azərbaycanda yer yoxdur” demişdi.
 
O günlərdə də bu məsələ yetərincə müzakirə edildi. Çoxu kafenin bağlanmasının adı ilə heç bir bağlılığının olmadığını dedi. Bəziləri də səbəb kimi kimlərinsə biznes maraqlarının üst-üstə düşməməsini göstərdi.
 
 
 
Hər bir halda kafeyə baqsın edildi, işçilər çıxarıldı, sahibi həbs edildi, əşyalar müsadirə olundu, hətta məkana aid olan xırda əşyaların bəziləri ərazidə çalışan süpürgəçilər, fəhlələr tərəfindən evlərə daşındı.
 
 
 
İndi isə həmin kafenin yerində “Hot room” adlı  gecə klubu açılıb və bir neçə aydır ki, fəaliyyət göstərir. Əsasən “İnstagram”da reklam olunan məkanın adı yeni deyil. Bu barədə az sonra… Gecə klubunda məşhur reperlər tez-tez səhnə alır, çıxış edirlər. Gənclər rəqs edir, əylənir. Buraya qədər hər şey normaldır.
 
 
 
Normal olmayan isə məkanın əslində gecə klubu altında təbliğat makinası olmasıdır. Belə ki, gecə klubunun sahibi bizə yad biri deyil. Buranın sahibi Roşka (Rövşən Süleymanzadə) adı ilə tanınan gəncdir.
 
 
Bu sahədə sözünü deyənlərin çoxu onu reper kimi tanımasa da, o, özünün reper olduğunu iddia edir. Roşkanın pornoqrafiyaya çox böyük marağı var. Belə ki, gənc daha əvvəl eynicinslilərin intim münasibətini, pornoqrafiyanı, əxlaqsızlığı təbliğ edən klip ərsəyə gətirmişdi.
 
Erotik klip  18+
 
 
Klipin hər bir kadrı, deyilən sözlər təbliğatın dərəcəsini göz önünə gətirirdi. “Baha bala” adlanan trekdə qadınlara seks obyekti kimi yanaşılır, “sağa bax, sola bax, hər yerdə bala var, hamımız üçün var”- deyərək əslində bütün Azərbaycan qadınlarını təhqir edilir. Daha sonra qızlara qiymət də qoyan Roşka əslində fahişəliyin təbliğatını aparır.
 
 
 
Mahnıda intim münasibətlərə xas səs effektlərindən də geniş istifadə edilir. Klipə gəldikdə isə azyaşlıların izləməsi üçün uyğun olmasa da, klip üçün 18+ qeydi edilməyib. Üstəlik heç bir qeydiyyat olmadan hər kəs bu videonu izləyə bilər.
 
 
 
Klipə hazırda 2 milyondan çox insan baxıb. Onların yaşları haqqında məlumat yoxdur. Çünki videoya hər kəs baxa bilər, məhdudiyyət qoyulmayıb. Bu barədə “minval.info” olaraq yazdıq, göstərdik. Ardından pornoqrafik klip gizlədildi.
 
 
 
Amma çox keçmədi ki, video yenidən aktiv hala gətirildi.
 
 
 
Klipləri ilə istədiyi əxlaqsızlığı yayan gənc görünür ki, bununla da kifayətlənməyib. Özünə “Hot room” adlanan əndirabadi gecə klubu açan Roşka burada da oxşar hal yaratdı. Striptiz şoular, yarıçılpaq qızlar, azyaşlı uşaqların spirtli içki qəbulu… Bütün bunlar “Hot room” adlı, loqosunda belə intim mesaj verən klubda baş verirdi.
 
 
 
Təbii ki, mətbuat orqanı olaraq bu hadisəyə də güzgü olduq. Məkan haqqında yazı dərc etdik.
 
 
 
Fahişəxana tipli gecə klubu bunun ardından qapandı və indilərdə vaxtı ilə qeyd etdiyimiz kimi adına görə qapadılan “26” – “Twenty six” adlı kafenin yerində fəaliyyətə başlayıb. Maraqlıdır ki, bir kafe adına görə qapadılır, amma yerində striptiz rəqslər göstərən, azyaşlıların içkiyə cəlb olunduğu yer hələ də fəaliyyətdədir.
 
 
 
Bu məkan haqqında bir müddətdir materiallar topladığımız üçün bunu əminliklə deyə bilirik. Məsələn, bu videoda rəqs edənlərin arasına baxın.
 
Heç 15 yaşı belə olmayan uşaq məkanda rəqs edir.
 
 
Məkan əsasən yüngül əxlaqlı qızların cəlbedici fotoları ilə reklam edilir, müştəri cəlb olunur.
 
 
 
Ərəblərin girişinə icazə verməyən məkan sahibi niyəsə uşaqların klubda spirtli içki qəbul etməsinə icazə verir.
 
 
 
Aidiyatı orqanlar reper kimi özünü təqdim edən Roşka (Rövşən Süleymanzadə) adlı bu gənci diqqət mərkəzində saxlasalar daha yaxşı olar. Pornoqrafiyanı xatırladan kliplər, hər cümləsində mesaj olan mahnı sözləri, qapadılsa da açılan intim gecə klubları… Hamısı da bir nəfər tərəfindən idarə olunur.
 
Mahnısında narkotik təbliğat sözləri sərf edən reperlər, meyxanaçıların həbs olduğunu ölkəmizdə belə bir şəxsin azadlqılda olması şübhə doğrur. Onu kim himayə edir? Gənclər, uşaqlar arasında əxlaqsızlığı təbliğ edən şəxsə kim bu imkanları yaradır?
 

Загрузка...
Загрузка...