Azərbaycanda onlayn ticarət: reallıqlar və perspektivlər

Baxış sayı: 
60
2  
0  

Belə bir deyim var, internet bütün bizneslərin gələcəyidir və birmənalı olaraq biznes internetdə olmalıdır. Yeni biznes qurmaq üçün ən ideal məkan internetdir. Bu baxımdan da elektron ticarət yeni iqtisadiyyatın ən əsas elementlərindən biri olduğu üçün bu gün dünyanın inkişaf etmiş ölkələrində aparılan ticarətin yarıdan çoxu elektron üsulla həyata keçirilir. Yəni, insanlar online şəkildə, internet vasitəsilə almaq istədikləri malı sifariş edib əldə edirlər.

Xüsusilə də inkişaf etmiş ölkələrdə elektron ticarət geniş yayılıb. Böyük şirkətlər, ticarət qurumları bu sahəyə xüsusi önəm verirlər.

Eksertlərin fikrincə, elektron ticarətin çoxlu sayda müsbət və mənfı xüsusiyyətləri var. E-ticarətin ən böyük üstünlüyü, zamandan və məkandan asılı olmayaraq dünyanın istənilən bir yerindən və istənilən saatda müştərilərə alış-veriş etmək imkanı yaratmasıdır. İstifadəçilərin məhsul və xidmətləriniz haqqında daha asan və sürətli məlumat əldə etməsini təmin edir. İşlətmə xərclərinizi azalda bilər. Yəni, internet üzərində qurulmuş online ınağaza fıziki olaraq qurulmuş mağazalara nisbətən daha az xərc tələb edir və əlavə xərcləri minimuma endirir. Elektron ticarət zamanı alıcı vaxta və pula qənaət edir, dövlət isə vergi sistemində şəffaflığa nail olur. Belə ki, elektron ticarət zamanı ödəmələr onlayn üsulla aparıldığından bütün hesablaşmalar qeydə alınır və vergiyə cəlb olunur, nəticədə vergidən yayınma halları praktik olaraq mümkün olmur. İş sahiblərinə (satıcılara) real həyatda edə bilməyəcəklərini etmə imkanını təmin edir. Elektron ticarətin həyata keçirilməsinə xüsusi razılıq (lisenziya) tələb olunmur. Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət sahələrində elektron ticarət aparıldıqda, satıcı (təchizatçı) qanunvericilikdə müəyyən edilmiş qaydada həmin fəaliyyətə xüsusi razılıq (lisenziya) almalıdır. Eleküon ticarət elektron ödəniş xidınətiərinin inkişaf etməsinə və nağdsız dövriyyənin həcminin yüksəldilməsinə şərait yaradır. Elektron ticarətin çatışmazlığına gəlincə, internet üzərindən edilən alış-verişdə müştərinin məhsulu canlı olaraq görmək və araşdırmaq şansı yoxdur. Ancaq firmalar məlumatlandırma və daha yaxşı müştəri təcrübəsi yaratma mövzusunda müxtəlif yaxşılaşdırmalar edərək bu nisbəti aradan qaldırmağa çalışırlar.

 

E-ticarətdə böyük problem olaraq təhlükəsiziik problemi qalmaqdadır. Potensial müştərilər İnternet üzərindən edilən alış-verişdə kredit kartı istifadəsindən çəkinirlər. Son dövrdə geniş yayılan alternativ ödəmə sistemləri və kredit kartı ödənişləri daha etibarlı hala gətirən xidmətlər sayəsində bu təhlükə aradan qaldırılmağa başlamışdır. Virtual alış-veriş xidməti verən fırmalar, kredit kartı məlumatlarının təhlükəsizliyi və gizliliyini təmin etmək üçün geniş şəkildə SSL və SET kimi təhlükəsizlik standartlarını istifadə etməkdədirlər. Məhsulu satın alan müştəri çatdırılma müddəti boyunca gözləmək məcburiyyətindədir. Bunun qarşısını almaq üçün dünyanın nəhəng elektron ticarət saytlarından olan Amazon.com havadan çatdırılma xidmətindən istifadə etməyə başlayıb.

Qeyd edək ki, Azərbaycanda «Elektron ticarət haqqında» qanun 2005-ci ildə qəbul olunub. Lakin internet üzərindən ödəmə sistemi olmadığından, Azərbaycanda bu sahədə ilk addımlar 2008-ci ildə atılıb. Elektron ticarətin genişləndirilməsi və elektron ödəmə sistemlərinin inkişaf etdirilməsi Azərbaycanın üzərinə götürdüyü öhdəliklərindən biridir. Elektron ticarətin inkişafı «Elektron hökumət» Dövlət Proqramının da prioritetlərindən biri hesab olunur. 2008-ci il dekabrın 2-də «SilverKey Azərbaycan» şirkəti Azərbaycanda ilk dəfə olaraq «Visa» və «MasterCard» tərəfindən xüsusi lisenziya almış «GoldenPay» adlı onlayn ödəmə sistemi qurub, şirkətlərə və dövlət qurumlarına təqdim edib.
Xatırladaq ki, elektron ticarət vasitəsilə istədiyimiz məhsulu istər ölkədaxili, istərsə də xarici ölkələrdən sifariş etmək mümkündür. Bizdə isə ölkə vətəndaşları daha çox internet vasitəsilə maşın, mobil telefon, xüsusilə qadınlar geyim, kosmetik vasitələr və ucuz zinət əşyaları sifariş verirlər. İnternet vasitəsilə həyata keçirilən satışların qiymətləri də adi satış qiymətindən çox aşağı olur. Həmçinin sifariş edərkən maksimum vaxt itkisinə, həm də pula qənaət edilir. Bu baxımdan da 2008-ci ildən başlayaraq Azərbaycanda elektron ticarət geniş yayılıb.

 

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, bu ilin yanvar-mart aylarında ölkədə elektron qaydada pərakəndə ticarət şəbəkəsində 10,1 milyon manatlıq məhsul satılıb. Bu, 2016-cı ilin yanvar-mart aylarına nisbətən müqayisəli qiymətlərlə 1,7 dəfə çoxdur.

Ekspertlərin fikrincə, Azərbaycanda elektron ticarət ənənəvi ticarət əməliyyatlarının cəmi 4 faizin təşkil edir. Müqayisə üçün qeyd edək ki, ABŞ-da ticarətin 80, Avropada isə 60 faizii elektron şəkildə aparılır. Ona görə də dövlət büdcəsində vergilərin xüsusi çəkisinin az olmasını nəzərə alsaq, Azərbaycan hökuməti bu sahəni inkişaf etdirməkdə birbaşa maraqlı olmalıdır. Bununla da, vergidən yayınma halları minimuma enər və büdcədə vergilərin töhvəsi nəzərəçarpacaq dərəcədə artar. Neft sektorundan daxilolmalar hesabına formalaşan dövlət büdcəsi üçün xarakteristik hal olan fiskal-dayanıqlılıq riski kəskin şəkildə azalar. Təsəvvür edin ki, ticarət əməliyyatlarının 60 faizinin elektron şəkildə aparılması, dövlət büdcəsində vergilərin payını necə artmış olar. Ölkədə elektron ticarətin inkişafı üçün ilk növbədə insanları bu sahəyə cəlb etmək lazımdır. Bunun üçün isə, müəyyən güzəştlər tətbiq edilməli və konkret addımlar atılmalıdır. Məişət, ticarət obyektləri, restoranlar, əyləncə mərkəzlərində ödəmələrin onlayn həyata keçirilməsi üçün xüsusi cihazların quraşdırılmalı, nəqliyyat sistemində isə «Smartkart» tipli ödənişlərin həyata keçirilməsinə başlanılmalıdır.

Vurğulamaq lazımdır ki, ölkəmizdə internetdə biznes qurmaq istəyən insanların böyük əksəriyyəti biznes barədə elementar baza məlumatlara sahib deyillər. Xüsusilə də internet biznes quranlar gənc, korporativ biznes təcrübəsi olmayan insanlardır. Bütün bunlara görə də insanlarda elektron ticarət vərdişi yaratmaq üçün müəyyən maarifləndirmə kampaniyaları həyata keçirilməlidir. Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Azərbaycan qanunlarının elekton ticarəti dəstəklədiyini deyib. Onun sözlərinə görə, mövcud qanun bu sahədə fəaliyyət göstərən sahibkarın və bu xidmətdən yararlanan insanların hüququnu müdafiə edir. Belə ki, 10 may 2005-ci il tarixli «Elektron ticarət haqqında» qanunda elektron ticarətin təşkilini, həyata keçirilməsini, qanunvericiliyin şərtləri və bu şərtlərin pozulduğu halda sahibkarın daşıdığı məsuliyyətdən bəhs edilir: «Əgər onlayn alış-veriş zamanı mübahisəli bir məsələ yaranarsa, ödəmədə və malın keyfiyyətində bir narazılıq olarsa, bu qanunla tənzimlənir. «Elektron ticarət haqqında» qanunun 11-ci və 13-cü maddələrində bildirilir ki, sahibkar alıcıya və səlahiyyətli orqanlara yanlış məlumat verdiyinə görə qanunda nəzərdə tutulduğu formada məsuliyyət daşıyır. Yəni veb-alver deyib istədiyini edə bilməzsən, bu sahədə fəaliyyət göstərmək istəyirsənsə qanunlara əməl etməlisən».
AİB sədri bildirib ki, məhsulun ünvana çatdırılması zamanı yaranan hər hansı problemə görə məsuliyyəti sahibkar daşıyır. Onun fikrincə, əgər məhsul ünvana çatmazsa alıcının məhsul üçün öncədən ödədiyi məbləği sahibkar ödəyir: «Məhsul sığortalıdırsa, sığorta şirkəti məhsulun yox olma, itmə və ya məhv olma səbəblərini araşdırır, əgər qanunlar çərçivəsindən çıxılmayıbsa o məhsulun sığortası sığorta şirkəti tərəfindən ödənilir».

Eyyub Hüseynov həmçinin istehlakçılara internetdə fırıldaqçıların toruna düşməmək üçün bəzi tövsiyələrini də verib. Onun sözlərinə görə, istehlakçı mal sifariş etdiyi saytlara xüsusi diqqət yetirməlidir: «Heç bir halda tanınmamış, adı duyulmamış, məşhur olmayan saytlardan alış-veriş etmək olmaz. Bundan başqa, onlayn ödəmə qaydası tətbiq edilməyən saytlardan uzaq durmaq lazımdır. Digər tərəfdən, fırıldaqçı online alverçilər daha çox arıqlamaq üçün vasitələr, ucuz kosmetika və işlənmiş elektronika təklif edir. Bir çox hallarda tanınmış firmaların mallarının saxtası təklif olunur. Bu baxımdan malı təslim edən şəxsdən kimliyini təsdiq edən sənədi tələb etmək lazımdır. Eyni zamanda, saytın və təmsil etdiyi şirkətin faktiki ünvanını və telefonunu öyrənmək olduqca vacibdir. Tövsiyə edirəm ki, istehlakçı həm də alacağı mal haqqında təsnifatlı məlumat öyrənsin, çünki malı bəyənmədiyi təqdirdə geri qaytarmaq üçün tutarlı əsaslar olmalıdır».

Ekspert onu da vurğulayıb ki, saytda onlayn ödəmə edərkən bəzi məqamlara diqqət yetirilməsi zəruridir. Eyyub Hüseynov hesab edir ki, məsələn, ödəmə edilən bölməni tıklayanda saytın üzərində deyil, kənardan əlavə səhifə açılırsa, ödəmə etmək təhlükəlidir: «Bundan başqa, ödəmə səhifəsi dərhal açılmamalıdır, açılma prosesi saytın yüklənməsi prosesi kimi olmalıdır. Onun sözlərinə görə, istehlakçı bu kimi məsələlərə diqqət yetirərsə, onlayn alış-veriş zamanı onun aldadılması minimum səviyyədə olar».

Qeyd edək ki, internetdə ticarət zamanı fırıldaq, elektron hesabların və hesablardakı vəsaitin oğurlanması hallarına dəfələrlə rast gəlinib. Dünyanın aparıcı elektron ticarət portalları belə halların qarşısını almaq üçün milyonlarla dollar xərcləyirlər. Lakin görülən bütün tədbirlərə baxmayaraq, belə hallardan sığortalanmaq hələ də mümkün olmayıb. İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov vətəndaşların onlayn alış-veriş zamanı aldadılmasına əsas səbəb kimi bu ticarət növündə təhlükəsizlik mexanizmlərinin çox zəif inkişaf etməsini göstərir. O, plastik kartın məlumatlarının üçüncü şəxs tərəfindən götürülə biləcəyinin də insanlarda narahatlıq yaratdığını deyib. Onun sözlərinə görə, onlayn ticarətdə yaranan problemlər sənədləşmə, məlumatsızlıqla bağlı olur: «Bundan başqa, onlayn ticarətlə məşğul olanlar istəyirlər ki, tez bir zamanda qoyduqları vəsaitdən bir neçə dəfə çox gəlir əldə etsinlər. Başqa bir məsələ vergilərlə bağlıdır ki, burada hansı güzəştlərin tətbiq olunması razılaşdırılmayıb. Çatdırılma şirkətləri ilə mağazalar arasında münasibətlər düzgün müəyyənləşdirilməyib. Bu da investorları onlayn ticarətdən bir az çəkindirir. Digər tərəfdən, təhlükəsizlik məsələsində hər iki tərəflə bağlı problemlər var. Məsələn, alıcıların kompüterində qanunsuz proqramların olması, vətəndaşlar tərəfindən önləyici tədbirlərin görülməməsi problemlər yaradır».
Vüqar Bayramov əlavə edir ki, onlayn ticarətdə təhlükəsizliyin təmin olunması üçün alıcılar bir neçə plastik kartdan istifadə edə bilərlər. Həmçinin antivirus proqramları qaydasında olmalıdır. Onun sözlərinə görə, bununla bağlı dövlət vətəndaşlar arasında maarifləndirici tədbirlər həyata keçirməlidir: «Təhlükəsizlik qurumları kibercinayətlərin aşkarlanması ilə bağlı işlər aparılmalı və mütəmadi olaraq məlumatlar verilməlidir ki, insanlar arasında da inam yaransın».

Загрузка...
Загрузка...