Azərbaycanda nə qədər işsiz var?

Baxış sayı: 
51
1  
0  

Azərbaycanda məşğul və işsiz əhalinin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən Publika.az-a verilən məlumata görə, 2018-ci il noyabrın 1-nə olan ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 5139,6 min nəfər olub, onlardan 4887,2 min nəfərini məşğul əhali təşkil edib.

Cari il oktyabrın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1552,7 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 883,2 min nəfər, qeyri-dövlət sektorunda isə 669,5 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 33,8 min nəfər, qeyri-neft sektorunda isə 1518,9 min nəfər çalışıb.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,9 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,2 faizi tikintidə, 7,0 faizi emal sənayesində, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,5 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 2,2 faizi mədənçıxarma sənayesində, 1,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.

Xidmət sahəsində işləyənlərin 21,3 faizi təhsil, 18,7 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,0 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi istirahət, əyləncə və incəsənət, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 1,9 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,6 faizi informasiya və rabitə, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 1,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1,0 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışıb.

Загрузка...
Загрузка...