Azərbaycanda mikroavtobus qəzaya uğradı - Xəsarət alanlar var

Baxış sayı: 
65
1  
0  

Bakı-Qazax avtomobil yolunda mikroavtobusun qəzaya uğraması nəticəsində 5 nəfər xəsarət alıb.
 
"Report"un məlumatına görə, Qazax istiqamətində gedən "Ford" markalı mikroavtobusun "Opel"ə çırpılması nəticəsində Bakı şəhər sakinləri - 1973-cü il təvəllüdlü Afaq Dadaşova, 1979-cu il təvəllüdlü Yüsif Əliyev, Tovuz rayon sakinləri - 1975-ci il təvəllüdlü Qələndər Niyazov və Səbinə Mayılova müxtəlif xəsarətlərlə xəstəxanaya aparılıb.
 
Onların vəziyyətinin qənaətbəxş və kafi olduğu bildirilir.
 
Daha bir yüngül xəsarət alan sərnişin, Səkinə Qurbanovaya isə hadisə yerində ambulator yardım göstərilib.
 
Qəza zamanı xəsarət alanlar mikroavtobusun sərnişinləridir, "Opel" markalı avtomobildə isə xəsarət alan olmadığı bildirilir.
 
Faktla bağlı araşdırma aparılır.

Загрузка...
Загрузка...