Azərbaycanda koronavirusla mübarizənin yeni mərhələsi

Baxış sayı: 
97
2  
0  

 
Qaydalar və cərimələrin artırılması nəyi dəyişəcək?
Azərbaycanda koronavirusla mübarizə çərçivəsində növbəti mərhələ başlayıb. Bu dəfə cərimələr artırılıb, karantin müddəti uzadılıb, həftəsonları ictimai nəqliyyat dayandırılır.
 
Artıq marketlərə, banklara və digər obyektlərə maskasız giriş qadağandır. Avtomobil yollarında postlar yığışdırılsa da, məhəllələrdə, ara küçələrdə, metrostansiyaların ətraflarında nəzarət gücləndirilib. Piyadalar Post Patrul Xidmətinin və Daxili Qoşunların əməkdaşları tərəfindən yoxlanılır. Maskasız və icazəsiz küçəyə çıxan şəxslər cərimələnir.
 
Bundan əvvəl də bir neçə dəfə karantin qaydaları sərtləşdirilmişdi. Lakin bəzi insanların koronavirusa münasibəti fərqli idi. Ya ümumiyyətlə virusa inanmırdılar, ya da virusun deyilən qədər ciddi təhlükə olduğunu qəbul etmirdilər. Artıq vəziyyət elə yerə gəlib çatıb ki, hər birimizin ətrafında olan dost-tanış, qohumlar və ölkənin bir çox tanınmış simalarının bu virusa yoluxduğunun şahidi oluruq.
 
Bundan başqa, dövlət rəsmiləri, TƏBİB, Operativ Qərargah, Səhiyyə Nazirliyi də vəziyyətin çıxılmaz olduğunu, xəstəxanalarda yer olmadığını bəyan edir, koronavirusa yoluxmuş şəxslərin ev şəraitində müalicə olunmasını tövsiyə edirlər.
 
Cəmiyyətin böyük bir hissəsi qaydalara əməl etməyən, maska taxmayan, ehtiyac olmadığı halda küçəyə çıxan, sosial məsafəni qorumayan şəxslərə qarşı ciddi cəza tədbirlərinin görülməsini tələb edir. Bir çox xarici ölkələrdə cərimələrin kəskin şəkildə artırılması nümunə kimi göstərilir, buna görə də həmin ölkələrdə yoluxma sayının artmadığı qeyd edilir.
 
Azərbaycanda koronavirusa yoluxma faktı azalır - RƏSMİ MƏLUMAT ...
 
Məsələn, Gürcüstanda maskasız küçəyə çıxmağa görə cərimə 1000 dollardır. Çexiyada isə cərimələr 800 avroya qaldırıldı. Ona görə də indi çexlər “Əlvida, korona” festivalı keçirirlər.
 
Bəs Azərbaycanda necə olacaq? Yeni qadağalar, cərimələrin artırılması nəyi dəyişəcək?
 
Yoluxmanı azaltmağın 3 yolu var..." -
 
Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm Musavat.com-a açıqlamasında qaydaların sərtləşdirilməsini dəstəklədiyini bildirib. Amma tətbiq edilən bəzi qaydaların isə başa düşülən olmadığını deyib.
 
“Bəzi qaydalar başa düşülən deyil. İnsanları tıxaclarda, avtobuslarda bir yerə yığırlar. Sonra da həmin insanlar yayılaraq virus da yaymağa başlayırlar. Ona görə də atılan addımlar nəticə vermir. Buna görə də təklif edirəm ki, cəriməni insanları cərimələmək xətrinə tətbiq etməyək. Cəriməni elə etmək lazımdır ki, insanlar bunu ödəyə bilməyəcəyini başa düşsün. Fikirləşməsin ki, qaydanı pozmuşamsa, cəriməsini ödəyəcəm. Məsələn, Gürcüstanda cərimə 1000 dollardır. Buna görə də cərimə olunanların sayı kəskin şəkildə azdır. Ona görə də hamı maska taxır, məsafə gözləyir. Səhv etmirəmsə, aprel ayının əvvəllərindən bu vaxta qədər Gürcüstanda 1000 dollar cərimələnən olmayıb. Bir adam içkili vəziyyətdə avtomobil idarə edirsə, cərimələnir. Cərimə həddən artıq yüksəkdir. Və buna görə də həmin şəxs ikinci dəfə cərimələnmək istəmir. Buna görə də 6-7 manat verib ayıq sürücü çağırır. İndi artıq sərxoş vəziyyətdə maşın sürən şəxslərin sayı minimuma enib. Bunu DYP-dən də öyrənmək olar. İndi də insan cərimələnmək istəmirsə, 30 qəpik verib maska almalı, məsafə saxlamalıdır. Heç kim 200 və daha artıq məbləğdə cəriməni ödəmək istəməz. Buna görə də maska taxacaq”.
 
Karantin dövründə maskadan istifadə tələblərinin pozulmasına görə ...
 
Həkim deyir ki, son iki gündə qaydaların sərtləşməsi, cərimələrin artırılması nəticə verir: “Artıq iki gündür mən şəxsən müşahidə edirəm ki, insanlar maska taxmağa başlayıb. Çünki cərimədən qorxurlar. Dünən banklardan birinin qarşısında 100 nəfərə yaxın şəxs növbədə idi. Maskasız heç kim yox idi. Maskanı əldə, boğazda, çənədə gəzdirməyə görə də cərimə yazılmalıdır. İnsanlar bunun məsuliyyətini başa düşməlidir. Bir tərəfdən də insanların bəzilərinin virusa inanmaması problem yaradır. Başqa bir məsələ də Operativ Qərargahın brifinqləri ilə bağlıdır. Biri var ki, brifinqə professor Rəşad Mahmudov çıxır. Çünki Rəşad Mahmudova insanlar inanır. Amma biri də var ki, reputasiyası aşağı olan şəxslər insanların qarşısına çıxarılır. Adil Qeybulla, Vasif İsmayıl kimi şəxsləri camaatın qarşısına çıxarmaq lazımdır. Çünki insanlar inandıqları şəxslərin dediklərini edirlər”.
 
Vəkil işgəncələrlə bağlı təkrar araşdırmanı vacib sayır [Fariz ...
 
Vəkil Fariz Namazlı da Musavat.com-a açıqlamasında cərimələrin artırılmasını şərh edib: “Hökumət cərimələri artırır ki, insanları karantin qaydalarını pozmaqdan çəkindirsin. Amma onu da nəzərə almaq lazımdır ki, bu, indiki vəziyyətdə insanlar üçün ağır yükdür. Hökumət bu addımı atanda insanların maddi vəziyyətini də nəzərə almalıdır. Çünki bir çox iş yerləri bağlanıb. Bir çoxları da əmək müqaviləsi olmadan işləyir. Bu cəzaların sərt olduğunu düşünürəm”.
 
Palitra qəzetiMilli Məclis maska taxmamağa görə cərimələri son ...
 
Fariz Namazlı onu da deyir ki, bir şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunanda, əməlindən peşman olduğu halda cərimə tətbiq edilməyə də bilər. “Birinci dəfədən xəbərdarlıq da edilə bilər. Çünki xəbərdarlıq da çəkindirici niyyət daşıyır. İndi vəziyyətdə bir tərəfdən də insanlarda koronavirusa inam yoxdur. Ən əsası da insanları bu virusun olduğuna inandırmaq lazımdır. Çünki qeyri-ciddi yanaşanlar çoxluq təşkil edir. Bunun da bir çox səbəbləri də var. Bəzən bir-birinə zidd olaraq atılan addımlar insanlarda inamsızlıq yaradır. Ona görə də ilk olaraq maarifləndirmə, insanları inandırma prosesini sürətləndirmək lazımdır”.
 
İlkin MURADOV,
Musavat.com

Загрузка...
Загрузка...