Azərbaycanda kənd qadınlarına pul mükafatı veriləcək

Baxış sayı: 
44
1  
0  

İkinci Azərbaycanda Kənd İnvestisiya Layihəsi (AzKİL-2) çərçivəsində 5 rayonda 88 qadından ibarət 6 Qadın İnkişaf Qrupu yaradılıb.

Turaninfo.org xəbər verir ki, bu barədə layihənin rəhbəri Gülbəniz Qəmbərova bildirib. 

Onun sözlərinə görə, layihənin məqsədi kənd qadınlarını bir araya gətirmək və onlara öz biznes təsərrüfatlarını yaratmaqda dəstək göstərməkdir.

"Qadın İnkişaf Qruplarına daxil olan 35 gənc qadına biznes xidmətinin göstərilməsi və bacarıqlarının artırılması üçün təlim keçirilib. Təlimdə onlara biznes planın qurulması, maliyyəyə və bazara çıxış üçün kömək edilib. Pilot layihə çərçivəsində qadın qruplarına qazandıqları vəsait qədər mükafat veriləcək. Bunun üçün onlar 6 ayın tamamında biznes plan təqdim etməlidirlər. Qadın İnkişaf Qruplarının sayı artıqdan sonra bu qruplar daxili imkanları hesabına fəaliyyət göstərəcəklər", - deyə o, bildirib.

Загрузка...
Загрузка...