Azərbaycanda insanı sarsıdan hadisə - Toydan sonra ailənin 5 üzvü öldü - FOTO

Baxış sayı: 
45
2  
1  

Daxili İşlər Nazirliyi ötən gecə Şəmkir rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.
 
Publika.az nazirliyin mətbuat xidmətinə isinadən xəbər verir ki, dekabrın 1-də saat 20 radələrində Şəmkir şəhəri ərazisində şəhər sakinləri T.Abdıyevin idarə etdiyi “Mitsubishi Pajero” və Vüqar Orucovun idarə etdiyi “VAZ-21013” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ” markalı avtomobilin sürücüsü və sərnişinlərindən qardaşı Dilqəm, onun arvadı Rəsmiyyə, qızı Nübar, həmyerlisi Hədiyyə Əliyeva hadisə yerində ölüb, daha 1 sərnişini, habelə digər sürücü xəstəxanaya yerləşdiriliblər.
 
Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.
 
***
 
Ötən gecə Şəmkir rayonunda baş vermiş dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.
 
Publika.az-ın əldə etdiyi məlumata görə, Şəmkir şəhəri Səməd Vurğun küçəsində "Mitsubishi Pajero" ilə “VAZ-21011” markalı minik avtomobillərinin toqquşması nəticəsində həlak olan 5 nəfər rayonun Morul kəndinin sakinləri olub. Onlar dünən Şəmkir şəhərindəki “Gold Qafqaz” şadlıq evində yaxın qohumlarının toy mərasimində iştirak ediblər. toydan çıxıb kəndə qayıdarkən 2 avtomobil toqquşub və “VAZ 21011”də olan bir ailənin 5 üzvü vəfat edib.
 
Qeyd edək ki, qəza nəticəsində Şəmkir rayon Morul kənd sakinləri 1970-ci ilə təvəllüdlü Orucov Dilqəm Bayram oğlu, onun həyat yoldaşı, 1971-ci il təvvəlüdlü Orucova Rəsmiyyə Nürəddin qızı, bir yaşlı nəvəsi Əliyeva Həyat Rəşad qızı, 1994-cü il təvəllüdlü Orucova Nübar Dilqəm qızı və qardaşı, 1974-cü il təvəllüdlü Orucov Vüqar Bayram oğlu dünyasını dəyişib. Ailənin daha bir üzvü isə xəstəxanaya çatdırılıb, vəziyyəti ağırdır.
 
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
 
Muxtar

Загрузка...
Загрузка...