Azərbaycanda iki nəfəri ildırım vurdu

Baxış sayı: 
25
1  
0  

Neftçalada iki nəfəri ildırım vurub.
 
Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Tatarməhlə kənd ərazisində qeydə alınıb.
 
Belə ki, ərazidə yerləşən obada çalışan Şamaxı sakini, 1991-ci il təvəllüdlü Qarayev Vaqif Azər oğlu və 1990-ci il təvəllüdlü Abdullayev Təvəkkül Tural oğlu açıq havada çörək yedikləri zaman onları ildırım vurub.
 
Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılan xəstələrdən birinin vəziyyəti stabil olduğundan ambulator müalicəyə buraxılıb.
 
Vaqif Qarayev isə reanimasiya şöbəsinə yerləşdirilib.

Загрузка...
Загрузка...