Azərbaycanda idmançıların qıza görə kütləvi davası: yaralılar var

Baxış sayı: 
103
1  
0  

Sumqayıt şəhərinin 41-ci məhəlləsində kütləvi dava olub. Nəticədə dörd nəfər bıçaq xəsarəti alıb. Hadisə idmançı gənclər arasında mübahisə zəminində baş verib.
 
Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi Rauf Sadıqov Azərtac-a bildirib ki, yaralanan dörd nəfər - 1988-ci il təvəllüdlü Həsənov Anar Əli oğlu, 1991-ci il təvəllüdlü Salamov Eldar İxtiyar oğlu, 1996-cı il təvəllüdlü Ələsgərov Emin İlqar oğlu və 1995-ci il təvəllüdlü Kərimli Eltiram İnqilab oğlu dərhal əməliyyat olunublar. Hazırda onların vəziyyəti sabitdir, həyatlarına təhlükə yoxdur.
 
Şahidlərin sözlərinə görə, davada 30-a yaxın gənc iştirak edib.
 
Sumqayıt Şəhər Polis İdarəsində faktla bağlı araşdırma aparılır.
 
Davanın qız üstündə olduğu iddia edilir.

Загрузка...
Загрузка...