​“Azərbaycanda hər dəqiqə hakimiyyət çökə, kataklizm ola bilər” - SƏRDAR CƏLALOĞLU

Baxış sayı: 
59
1  
0  

 “Mövcud şərtlər bir neçə dəfə bu iqtidarın hakimiyyətdən getməsini şərtləndirib”
 
“Adi vaxtlarda qorxaq adamlar inqilablarda qəhrəmanlara çevrilir”
 
“Bu, bir blefdir ki, guya, Azərbaycan iqtidarı monolitdir...”
 
“Bizim kimi dinc şəraitdə yaşayan ölkələrin heç birində bizimki qədər miqrasiya yoxdur”
 
(Əvvəli bu linkdə: https://hurriyyet.org/xeber/azrbaycan_30_ildir_nihilizm_dvrn_yaayir_-_sr...)
 
- Amma elə dövlətlər də var ki, müharibə olmasa belə, vətəndaşlar kütləvi şəkildə ölkəni tərk edir…
 
- Mən 5 il bundan əvvəl BMT-nin Mühacirət Komitəsinin hesabatını əldə etmişəm, öz ölkəsini tərk edənlərin siyahısında Azərbaycan 17-ci yerdə idi. Baxın, dünyada 250 ölkə var, Azərbaycan 17-ci yerdədir. Afrikada müharibə gedən ölkələri çıxın. Bizim kimi dinc şəraitdə yaşayan ölkələrin heç birində bizimki qədər miqrasiya yoxdur. Bu qaçmağın səbəbi nədir? Yəni burada vəziyyət pisdir, Avropada vəziyyət yaxşıdır. Sən burada qal vəziyyəti düzəlt, Avropadakı vəziyyətin yaxşılığı sənin əməyinin məhsulu deyil ki. Almanlar can, qan verib neçə illər müharibə aparıblar, xoşbəxt bir cəmiyyət yaradıblar. Sən gedibsən ki, ondan istifadə edəsən. Sən də öz cəmiyyətində qal, həmin cəmiyyəti yarat. Sən niyə parazitlik edirsən? Yəni parazitlik başqasının hesabına xoşbəxt olmaqdır. Azərbaycan vətəndaşlarından hər ikisindən biri başqasının faciəsi üzərində xoşbəxt olmağa cəhd edir, düşünmür ki, mənim xoşbəxt olmağım, mənim zəhmətimin nəticəsi olmalıdır. Başqa bir xalq öz cəmiyyətini düzəldəcəksə, mən niyə ondan bəhrələnməyə cəhd etməliyəm? Bu parazitlik Sovet dönəmindən qalma bir şeydir. Başqasının hesabına yaşamaq kollektivçiliyin ən ağır miraslarından biridir. Başqasının hesabına yaşamaq meyli o qədər Azərbaycanda güclüdür ki, adamlar deyirlər bu siyasi partiyalar niyə çıxıb hakimiyyətə qarşı mübarizə aparmır, bizim vəziyyətimiz düzəlsin. Amma deyəndə ki, qardaşım, siyasi partiya küçəyə səninlə çıxmalıdır. Deyəndə ki, axı, sən gəlmirsən, onda səsini kəsir, yerində oturur. Bu, elə bilir ki, biz gedib Ermənistandan bura erməni gətirməliyik, Bakıda mitinq eləməliyik, deməliyik ki, ay hökumət, bu Azərbaycan xalqının vəziyyətini düzəlt. Küçəyə sən özün çıxmalısın, sən də özün çıxmaq istəmirsən. Müxalifət neynəməlidir?!
 
- Sərdar bəy, adətən bütün seçkilər dönəmində müxalifətdə belə bir fikir səslənir ki, hakimiyyət özü içindən parçalanacaq. Amma bəlli olduğu kimi, hakimiyyət illərdir öz monolitliyini qoruyub saxlayır..
 
- Hakimiyyət heç vaxt öz monolitliyni qoruyub, saxlaya bilməyib. Heydər Əliyev dönəmindən belə götürsək, Surət Hüseynov Heydər Əliyevin baş naziri idi, həbs olundu. Rövşən Cavadov da onu kimi. Ondan sonra, İlham Əliyevin dövründə Əli İnsanov, Fərhad Əliyev, Heydər Babayev, Ziya Məmmədov və. s. Bu, bir blefdir ki, guya, Azərbaycan iqtidarı monolitdir. Azərbaycan iqtidarında zaman-zaman çox ciddi parçalanmalar, ayrılmalar var. İqtidar çalışır ki, bu parçalanmanı gizlətsin, amma cəmiyyətə məlumdur. Bu gün iqtidarın ayrı-ayrı qanadalarının şəxsi evlərindəki yığıncaqları haqqında məlumat internet televiziyalarına haradan çata bilər? Məsələn, kim haradan bilər ki, Şüvalanda tutaq ki, Paşayevlər yığışıb hansısa bir məsələni müzakirə edir və yaxud kim haradan bilər ki, Naxçıvan-Ermənistan elitası yığışıb hansısa bir evdə nəyisə müzakirə edir?! Deməli, Azərbaycanın içərisində bu əks qanadların elə adamları var ki, Fransada oturan Qənimət Zahidə Bakıda, Şüvəlanda hansısa bir bağ evindəki görüş haqqında məlumat göndərirlər və yaxud Azərbaycan iqtidarında şəxsi ailə münasibətləri ilə bağlı faktlar təqdim edirlər.
 
- Amma bütün hallarda hakimiyyət uzun müddətdir öz mövqelərini qorumaqdadır...
 
-Hakimiyyətin ayaq üstə qalmasının səbəbi hakimiyyətin özü ilə bağlı deyil. Azərbaycanda maraqlı olan güclər bilavasitə bu cür hakimiyyətin Azərbaycanda olmasında maraqlıdır. Məsələn, Rusiya istəyir ki, Azərbaycanda bu hakimiyyət qalsın. Lavrov nə dedi? Lavrov dedi ki, bizi Ukrayna, Moldova və Gürcüstan narahat edir, Belarusiya, Ermənistan, Azərbaycan bizi narahat etmir. Çünki bunlar bizim dediklərimizi edirlər. Yəni bu iqtidarın hakimiyyətdə qalmasının səbəbi Rusiyadı, İrandı, Avropadı, Amerikadı, Türkiyədi. Prezident seçkiləri qurtarmamış Ərdoğan Azərbaycan prezidentini təbrik etdi. Qoy, Konstitusiya Məhkəməsi bunu təsdiq etsin, sonra təbrik elə. Və yaxud Rusiyadan seçkilərdən qabaq gəlirlər, Azərbaycan hökumətinə resept verirlər, necə elə ki, bu seçkiləri saxtalaşdır. Yaxud Amerika, Avropa görmür ki, Azərbaycanda nə baş verir?! Heç bir hadisəyə də təsir etmirlər. Çünki Azərbaycanda indiki iqtidar Azərbaycan xalqından başqa, dünyada bu bölgədə marağı olan istənilən dövlətin, xalqın maraqlarına uyğun fəaliyyət göstərir. Avropaya neft, qaz lazımdır. Buyur! Amerikaya geopolitik maraqlar lazımdır. Buyur! Rusiyaya Azərbaycan xalqını ruslaşdırmaq lazımdır. Buyur! Mən sizi ruslaşdıraram. Erməniyə, gürcüyə torpaq lazımdır. Buyur! Buyur, buyurdu. Vaxtilə Heydər Əliyev hakimiyyətə gələndə onun Milli Məclisdə bir çıxışı var idi, o deyirdi ki, “mən bilirəm, kim Azərbaycandan nə istəyir. Kim nə istəyir, onu da verəcəm”. Heydər Əliyev bir dənə Azərbaycan xalqının nə istədiyini bilmirdi və onu da vermədi.
 
- Azərbaycan aktiv siyasi kəsimi ölkədən illərdir axın edir, mühacir statusunda xarici ölkələrdə yaşayırlar. Belə bir vəziyyətdə müxalifətin hakimiyyəti dəyişmə potensialını görürsünüzmü?
 
-Əbədi olan bir Allahdır. Hər şey müvəqqətidir, keçicidir. Elə hadisələr olar ki, səhər durarsan Azərbaycan iqtidarı yoxdur. Azərbaycan iqtidarının içindən elə bir proses baş verə bilər. Geopolitikada elə bir proses baş verə bilər ki, Azərbaycan iqtidarının hakimiyyətdə qalması məqsədə uyğun olmaz. Üsyanlar təhdəlşüur olur. Biz bilmirik ki, bizim şüuraltımızda nə proses gedir. İnsanların öz şüuru altında nə proses getidiyindən xəbəri yoxdur. O birdən-birə ideyanı hazırlayır, verir, özü də kollektiv şəkildə. Bir də baxırsan ki, insanlar dünənə qədər sakit durduğu halda küçəyə yüz minlərlə adam tökülür. Qabağını almaq istəsən də alınmır. İnsan özü bilmir, niyə bunu edir, amma daxildə bir şüur var, o ona deyir, get, bunu elə və ölümün qabağına gedir. Neçə dəfə xalq hərəkatlarında insanlar özlərini ölümün qabağına verib. Adi vaxtlarda qorxaq adamlar inqilablarda qəhrəmanlara çevrilir. Bunu ortalığa həmin təhdəlşüur çıxardır. Ona görə, hər dəqiqə Azərbaycanda hakimiyyət çökə bilər, kataklizm ola bilər. Çünki mövcud şərtlər bir neçə dəfə bu iqtidarın hakimiyyətdən getməsini şərtləndirib. Bu şərtlərdə dünyanın heç bir ölkəsində iqtidar uzun müddət hakimiyyətdə qala bilməz. Məsələn, Rusiyada Putinə qarşı böyük bir xalq hərəkatı başlasa, Azərbaycan dərhal çökəcək. Necə ki, vaxtilə Rusiyada bu proses başladı, Azərbaycanda Vəzirov, Mütəllibov qaçdı. Eyni şeydir. Çünki Azərbaycan kimi rejimi Putin saxlayır. Və yaxud Türkiyə xarici siyasətində fundamental dəyişiklik etsə, Azərbaycanda situasiya dəyişəcək, yaxud İran özünün Azərbaycanla bağlı siyasətində ciddi bir dəyişiklik etsə, Azərbaycanda vəziyyət dəyişiləcək. Çünki biz Azərbaycanda bu geopolitik təsirlərə göz yuma bilmərik. İranın da, Rusiyanın da, Türkiyənin də, Amerika və Avropanın da çox böyük təsiri var. 1990-cı illərin sonlarında ölkədə Mili Demokratiya İnstitutunun fəaliyyəti var idi. Bu gün Avropa o fəaliyyəti göstərərsə, görün, necə olacaq. Gürcüstanda necə oldu? Və yaxud Moldaviyada, Ukraynada necə oldu? Azərbaycanda eləmədilər, istəmədilər. Çünki Azərbaycandakı rejim onların iqtisadı maraqlarına uyğundur. Xalqa heç nə verməsələr də, Amerikaya hər şeyi verirlər.
 
- Yeri gəlmişkən, Azərbaycanda aktiv siyasi kəsimlə yanaşı, düşünən beyinlər də xaricə axın edir. Bu halda ölkədə iqtisadi inkişafa nail olmaq olarmı?
 
- Təbii ki, beyin axını dünyanın bir nömrəli problemidir. Hətta inkişaf etmiş ölkələrdə də beyin axını var. Məsələn, Norveçdən həkimlərin 90%-i Amerikaya gedir. Çünki Norveçdə həkimlərə maaşı az verirlər. Amerikada həkimlik fəaliyyəti ilə məşğul olan adam azdır, maaş yüksəkdir. Eləcə də İngiltərədən həkimlər axın edir. Yəni dünyada iki cür axın var: bir var yaxşı həyat şərtləri uğrunda siz harasa gedəsiniz, bir də var öz ölkənizdə yaşaya bilməməkdən gedəsiniz. Norveçli daha yaxşı həyat uğrunda gedir. Azərbaycan alimləri isə ölkəsində yaşaya bilməməkdən gedirlər. Azərbaycan alimlərinə iş vermirlər. Məsələn, çox hörmətli Rafiq Əliyev Azərbaycan Neft Akademiyasında kafedra müdiri idi, idarəetmə sahəsində iki dəfə Nobel mükafatına namizədliyini təqdim ediblər. O, hakimiyyət haqqında dedi ki, düzgün idarəetmə yoxdur. İxtisası idarəetmədir, deyir ki, bu, düzgün deyil. Onu işdən çıxartdılar, burada incitdilər. O məcbur oldu, getdi. İndi Kiprdə işləyir. Və yaxud məşhur bəstəkarımız Cavanşir Məmmədova Azərbaycanda şərait yaradılmadı, çıxdı getdi. Ümumiyyətlə, bəstəklarlarmız, rəssamlarımız, idamançılarımız, alimlərimiz gedib. Təkcə Türkiyədə 1000-dən çox Azərbaycan alimi çalışır. Avropada nə qədər həkimlərimiz, müəllimlrimiz, alimlərimiz çalışır. Ölkəni tərk edirlər. Çünki sən öz vətənində bu insanlara yaşamağa, öz istedadını həyata keçirməyə imkan vermirsən. Hakimiyyətdəkilərin hamısı istedadsız, qabiliyyətsiz, savadsız, hansısa tayfa mənsubiyyətinə görə təmsil olunan insanlardır. Cəmiyyətin yetişdirdiyi istedadlar da ölkəni tərk edir. BMT-nin əssasnaməsində belə bir müddəa var ki, xalqın istedad və qabiliyyətlərinin təmin olunmayan cəmiyyətdə yaşamqdan imtina etmək, yəni üsyan etmək hüququ var. Sən mənim anadangəlmə qabiliyyətimin çiçəklənməsinə imkan vermirsən. Mənim elmim var, elmlə məşğul olmağa qoymursan. Mənim istedadım var, idmançıyam, idmanla məşğul olmağa qoymursan. Mən rəssamam, sən qoymursan, mən rəssam kimi məşğul olam. Mən alimləm, sən qoymursan, mən elmi fəaliyətimi genişləndirəm. Baxın, bu gün elmlər doktorlarının 90%-nin orta məktəb səviyyəsində savadı var. Və yaxud alimlik dissertasiyalarının 90%-i plagiatdır. Rusiyada, Türkiyədə müdaifə olunmuş işlər oğurlanıb. Hətta yazılan məqalələrin böyük əksəriyyəti plagiatdır. Çünki elmlər doktoru, akademik adı alan adam nəinki akademik, orta təhsil səviyyəsinə malik adam deyil, kiminsə qohumudur, akademik olub. Təbii ki, intellektual axın olan yerdə iqtisadiyyat çiçəklənə bilməz. Çünki müasir dövrdə intellektual əməklə fiziki əməyin vəhdətindən çiçəklənmə baş verir. Əslində, iqtisadiyyatın dirçəlməməsinin ən vacib səbəblərindən biri Azərbaycanda xüsusi mülkiyyətin dövlət təminatına alınmamasıdır. Azərbaycanda xüsusi mülkiyyət yoxdur. Baxmayaraq ki, bizə elə gəlir, zavod, fabrik tikilib. Onlar xüsusi mülkiyyət deyil. Onlar ayrı-ayrı oliqarxların, hakimiyyətin malkiyyətidir. Xüsusi mülkiyyət odur ki, getsin, bir sadə vətəndaş zavod tiksin, 10 min nəfər işçini ora götürsün. Həm də dövlət onun fəaliyyətinə təminat versin. Azərbaycanda xüsusi mülkiyyət azadlığın şərtidir, Azərbaycanda azadlıq da yoxdur. Ona görə iqtisadiyyatda çiçəklənmə necə ola bilər ki,? İqtisadiyyat tarxinin məşhur bilicilərindən biri Tom Bel var, o, sübut edib ki, dünyada tərəqqinin yeganə sabəbi xüsusi mülkiyyətin inkişaf etməsi ilə bağlıdır. O, Avropa ölkələri, keçmş SSRİ, Asiya, Afrika ölkərləri ilə müqayisələr aparıb və ortaya qoyub ki, dünyada 27 ölkə var. Bu 27 ölkədə dünya əhalisinin 17%-i yaşayır, amma dünyada məhsul istehsalının 87%-i bu 27 ölkənin payına düşür. Bu, o deməkdir ki, o ölkələrdə ki, xüsusi mülkiyyət var, orada çox böyük iqtisadi yüksəliş var. O ölkədə ki, azadlıq yoxdur, xüsusi mülkiyyət yoxdur, bizim kimi gerilik var. Azərbaycanda mövcud iqtisadi tənəzzülün səbəbi azadlığın və xüsusi mülkiyyətin olmamasıdır. Xüsusi mülkiyyət olmayan yerdə heç bir azadlıqdan söhbət gedə bilməz. Məsələn, sən istəyirsən ki, ölkədə azad fəaliyyət göstərəsən, Lənkərana gedəsən. Sənin yol pulun olmasa, Lənkərana gedə bilməzsən ki. Bu, ölkə daxilində sənin azad hüququnu məhdudlaşdırır. Sən istəyirsən bir qəzet buraxasan, pulun yoxdur, qəzet buraxa bilmirsən ki. Deməli, sənin fikir və söz azadlığın məhdudlaşdırılır. Azərbayacan Konstitusiyasında vətəndaşlara verilən hüquqların heç bir reallıqda yoxdur. Məsələn, vətəndaşların mənzil hüququ var. Baxın, Azərbaycanda nə qədər evsiz insan var. Sən hansı mənzil hüququndan danışırsan ki, əhalinin 50%-nin mənzili yoxdur və bu mənzillər ayrı-ayrı adamların əlində cəmləşib. Bir adamın 300-500 mənzili var, xarici də gəlib bu mənzilləri alıb. Təbiətdə soğulcanın, qarışqanın, milçəyin, arının belə yüvası var, Azərbaycanda insanın yuvası yoxdur. Və yaxud Konstitusiyada yaşamaq hüququnu götürək. Cinayətkarlığın inkişaf etməsinin ən birinci təhlükəsi vətəndaşların yaşamaq hüququnun təhdid altına düşməsidir. Baxırıq, hər yerdə intihar, qəza, qətl var. Bunlar özü göstərir ki, Azərbaycanda yaşamaq hüququ da təhlükə altındadır. Və yaxud azadlıq hüququ. Polis kimi harada istəyir, tutur. Azərbaycan məhkəmələrində insanlar özlərini effektli müdafiə etmək imkanına malik deyilər. Çünki müstəqil vəkillər institutu yoxdur. Prokurorluq, məhkəmə dövlət adından çıxış edir. Beləliklə vətəndaş dövlətlə təkbətək qalır. O hüququnu necə müdafiə edə bilər? İqtisadiyyatın çiçəklənməsi təkcə beyin axını ilə bağlı deyil. Azərbaycanda xüsusi mülkiyyətə icazə verilməyənə qədər iqtisadyyat inkişaf etməyəcək. Baxın, bütün şadlıq və mərasim evləri, eləcə də zavodlar, fabriklər ancaq dövlət məmurlarına məxsusdur. Heç bir müstəqil iş adamına imkan verilmir. 3-4 iş adamı var idi, onları da özünü öldürməyə, yaxud ölkədən qaçmağa məcbur etdilər. Bütün əmlaklarını günün günorta çağı əllərindən aldırlar.
 
- Bu günlərdə S-400 raket komleksinin yardıcısı azərbaycanlı alim İqor Aşurabəyli olduğu açıqlandı. Belə olduöu halda, bəs nə üçün Azərbaycanda bu cür nəhəg ixtiralara imza atmaq mümkün deyil?
 
(Ardı var)
 
Şamo EMİN, Hurriyyet.org

Загрузка...
Загрузка...