Azərbaycanda dolların qiyməti artacaqmı? - Proqnoz

Baxış sayı: 
73
1  
0  

 
 
Xəbər verdiyimiz kimi, bu gündən Gürcüstanda ABŞ dolları kəskin bahalaşıb. 1 ABŞ dolları 2,9096 lari olub. Bu vaxta qədər olan məzənnə ilə müqayisədə bahalaşma  0,0776 laridir. Avro isə 2.97 laridən 3,2599 lariyə qalxıb.
 
Qonşu ölkədə dolların qiymətinin qalxmasının Azərbaycana hansı təsirləri ola bilər?
 
Durumu "Yeni Sabah”a şərh edən iqtisadçı Vüqar Bayramov bildirib ki, Gürcüstanda dolların qalxması proqnozlaşdırılan idi. Rusiya-Gürcüstan iqtisadiyyatı ilə bağlı son günlər verilən qərarlar, Rusiya və Gürcüstan arasında gərginlik yarandıqdan sonra larinin dəyər itirəcəyi gözlənilirdi:
 
"Nəticə etibarilə yalnız Rusiyadan Gürcüstana gələn turistlərin sayı il ərzində 1.5 milyon nəfərdir. Bu da illik 1 milyard dollara yaxın Rusiyadan turizm gələri deməkdir.
 
Eyni zamanda Rusiya Gürcüstan üçün ixrac baxımdan və xüsusilə də natural sularının ixracı baxımdan vacibdir. Nəticə etibarilə, bu gərginlik Gürcüstana iqtisadi gərginlik yaradır və siyasi gərginlik davam etdikcə də bu müşahidə olunacaq. Həmçinin idarəetmədəki çətinliklər də birbaşa milli valyutaya təzyiqi artırır, milli valyutanın müflisləşməsinə gətirib çıxarır”.
 
Bu prosesin Azərbaycana təsirinə gəldikdə isə V. Bayramov bildirib ki, Gürcüstan Azərbaycan üçün vacib olan ölkədir: "Baxmayaraq ki, Azərbaycanın Gürcüstanla iqtisadi dövriyyəsi elə də böyük deyil, təxminən yarım milyard dollar ətrafında dəyişir. Azərbaycan enerji məhsullarının Gürcüstana ixracatı üzərindən qurub dövriyyəni.
 
Amma Gürcüstanda baş verən böhranın Azərbaycan iqtisadiyyatına həm də psixoloji təsiri olacaqr. Çünki nəticə etibari ilə Gürcüstandan Azərbaycana gələn turistlərin sayına baxsaq, Gürcüstan ilk 3- yə, əksər hallarda isə ilk 2-yə daxil olan ölkədir.
 
Manata təsirinə gəldikdə isə, Gürcüstan Azərbaycana qeyri-neft ixracatında aparıcı ölkə deyil. Azərbaycana qeyri-neft sektorunda əsas tərəfdaş Rusiya və Türkiyədir. Rusiya və Türkiyə milli valyutalarının vəziyyətinin dəyişməsi manata daha çox təsir göstərir, qeyri-neft sektorundakı ticarət payına görə nəinki digər ölkələr. Xüsusilə neftin qiyməti aparıcı factor olaraq qalmaqdadır.
 
Qonşu ölkələrdə valyutalar ilə bağlı vəziyyət manata psixoloji təsir göstərmədən keçmir. Son günlərdə baxmayaraq ki, rəsmi statistikada son 5 ayda dollar satışı azalıb, amma bu yaxınlarda dolların alış kursunun da cüzi olaraq artığını müşahidə edirik. Bankalr da artıq dolların alış kursunda artım müşahidə edilir, 1.7005 kursu ilə alış həyata keçirilir. Bu çox cüzi olsa da, dolların alış kursunun artmasından xəbər verir. Amma məzənnə ilə bağlı qərar yenə Mərkəzi Bankdan asılı olacaq”. Azərbaycanda dolların qiyməti artacaqmı? - Proqnoz
Azərbaycanda dolların qiyməti artacaqmı? - Proqnoz
 
Xəbər verdiyimiz kimi, bu gündən Gürcüstanda ABŞ dolları kəskin bahalaşıb. 1 ABŞ dolları 2,9096 lari olub. Bu vaxta qədər olan məzənnə ilə müqayisədə bahalaşma  0,0776 laridir. Avro isə 2.97 laridən 3,2599 lariyə qalxıb.
 
Qonşu ölkədə dolların qiymətinin qalxmasının Azərbaycana hansı təsirləri ola bilər?
 
Durumu "Yeni Sabah”a şərh edən iqtisadçı Vüqar Bayramov bildirib ki, Gürcüstanda dolların qalxması proqnozlaşdırılan idi. Rusiya-Gürcüstan iqtisadiyyatı ilə bağlı son günlər verilən qərarlar, Rusiya və Gürcüstan arasında gərginlik yarandıqdan sonra larinin dəyər itirəcəyi gözlənilirdi:
 
"Nəticə etibarilə yalnız Rusiyadan Gürcüstana gələn turistlərin sayı il ərzində 1.5 milyon nəfərdir. Bu da illik 1 milyard dollara yaxın Rusiyadan turizm gələri deməkdir.
 
Eyni zamanda Rusiya Gürcüstan üçün ixrac baxımdan və xüsusilə də natural sularının ixracı baxımdan vacibdir. Nəticə etibarilə, bu gərginlik Gürcüstana iqtisadi gərginlik yaradır və siyasi gərginlik davam etdikcə də bu müşahidə olunacaq. Həmçinin idarəetmədəki çətinliklər də birbaşa milli valyutaya təzyiqi artırır, milli valyutanın müflisləşməsinə gətirib çıxarır”.
 
Bu prosesin Azərbaycana təsirinə gəldikdə isə V. Bayramov bildirib ki, Gürcüstan Azərbaycan üçün vacib olan ölkədir: "Baxmayaraq ki, Azərbaycanın Gürcüstanla iqtisadi dövriyyəsi elə də böyük deyil, təxminən yarım milyard dollar ətrafında dəyişir. Azərbaycan enerji məhsullarının Gürcüstana ixracatı üzərindən qurub dövriyyəni.
 
Amma Gürcüstanda baş verən böhranın Azərbaycan iqtisadiyyatına həm də psixoloji təsiri olacaqr. Çünki nəticə etibari ilə Gürcüstandan Azərbaycana gələn turistlərin sayına baxsaq, Gürcüstan ilk 3- yə, əksər hallarda isə ilk 2-yə daxil olan ölkədir.
 
Manata təsirinə gəldikdə isə, Gürcüstan Azərbaycana qeyri-neft ixracatında aparıcı ölkə deyil. Azərbaycana qeyri-neft sektorunda əsas tərəfdaş Rusiya və Türkiyədir. Rusiya və Türkiyə milli valyutalarının vəziyyətinin dəyişməsi manata daha çox təsir göstərir, qeyri-neft sektorundakı ticarət payına görə nəinki digər ölkələr. Xüsusilə neftin qiyməti aparıcı factor olaraq qalmaqdadır.
 
Qonşu ölkələrdə valyutalar ilə bağlı vəziyyət manata psixoloji təsir göstərmədən keçmir. Son günlərdə baxmayaraq ki, rəsmi statistikada son 5 ayda dollar satışı azalıb, amma bu yaxınlarda dolların alış kursunun da cüzi olaraq artığını müşahidə edirik. Bankalr da artıq dolların alış kursunda artım müşahidə edilir, 1.7005 kursu ilə alış həyata keçirilir. Bu çox cüzi olsa da, dolların alış kursunun artmasından xəbər verir. Amma məzənnə ilə bağlı qərar yenə Mərkəzi Bankdan asılı olacaq”.

Загрузка...
Загрузка...