Azərbaycanda dəhşətli qətl

Baxış sayı: 
76
1  
0  
Bugünlərdə Neftçala rayonunda baş vermiş qətl hadisəsinin təfərrüatı eşidən hər kəsi dərindən sarsıdıb.
 
Publika.az-ın əldə etdiyi məlumata görə, rayonda işlədiyi ofisdə bacanağı tərəfindən öldürülən 62 yaşlı Rafiq Kərimovun (ad şərtidir) baldızının (yəni bacanağının) qızının namusuna toxunduğu üçün qətlə yetirildiyi məlum olub.
 
Faktla bağlı başlanmış cinayət işinin istintaqı zamanı məlum olub ki, Rafiq Kərimov illər əvvəl bacanağının yeniyetmə qızını zorlayıb.
 
Belə ki, təxminən 10 il əvvəl rayon sakini İsmayıl İsmayılov (ad şərtidir) həbsxanaya düşüb. Bu zaman onun həyat yoldaşı övladları ilə birgə bir müddət bacısının Masallıda yerləşən evində yaşayıb. Həmin dövrdə Rafiq Kərimov bacanağının hələ 12 yaşında olan qızını zorlayıb və onun bakirəliyinə toxunub. Bir neçə il sonra İsmayıl İsmayılov həbsxanadan çıxıb və ailəsi ilə birgə yaşamağa davam edib. Bütün baş verənlərin üstü isə təxminən 1 həftə əvvəl keçirilmiş toydan sonra açılıb. Belə ki, İsmayıl İsmayılovun qızının el adəti ilə toyu olub. Toy axşamı qızın nişanlısı onun bakirə olmadığını görüb və qızı ata evinə qaytarıb. Ailə üzvləri gənc qızı sorğu-sual edərək nəyin baş verdiyini üzə çıxarmağa çalışıb. Qız isə illər əvvəl Masallıda xalasıgildə qalarkən xalasının əri tərəfindən zorlandığını deyib.
 
Bundan xəbər tutan qızın atası İsmayıl İsmayılov bacanağını nəyin bahasına olur-olsun, öldürmək qərarına gəlib. O, Rafiqin işlədiyi ofisə gələrək insanların gözü qarşısında onu çoxsaylı bıçaq zərbələri ilə öldürüb, daha sonra isə polis şöbəsinə gedərək təslim olub.
 

Bildirilir ki, qətlə yetirilən Rafiq Kərimov sovetlər dönəmində Rusiyanın DİN orqanlarında xidmət edib, SSRİ dağıldıqdan sonra isə doğulduğu Neftçala rayonuna dəyişilərək uzun illər Neftçala Rayon Polis Şöbəsində müstəntiq işləyib. O, 2011-ci ildə yaş həddinin tamam olması ilə əlaqədar pensiyaya çıxıb.

Загрузка...
Загрузка...