Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ - Ölənlər və yaralananlar VAR (YENİLƏNDİ)

Baxış sayı: 
90
2  
0  

Bu gün Lerikdəki dəhşətli qəzada ağır yaralanan şəxslərdən daha biri dünyası dəyişib.
 
Publika.az xəbər verir ki, Xəqan Rəhimov xəstəxanaya çatırılsa da onun həyatını xilas etmək mümkün olmayıb və orada dünyasını dəyişib.
 
***
 
10:49
 
Bu gün səhər saatlarında Lerik rayonunda dəhşətli yol qəzası baş verib.
 
Publika.az xəbər verir ki, hündür qar örtüyü ilə örtülü olan Orand-Lerik yolunda Mail Rəhimovin idarə etdiyi “UAZ” markalı avtomobil sürüşərək aşıb.
 
Nəticdə sürücü ilə yanaşı, sərnişinləri Xəqan Rəhimov, onun həyat yoldaşı, 4 azyaşlı övladı, həmçinin sürücünün qardaşı Fail ağır xəsarət alıb. Xəsarət alan uşaqlardan biri (yaş yarımlıq) az sonra vəfat edib. Digər yaralılar ağır vəziyyətdə xəstəxanaya aparılıb.
 
Qeyd edək ki, qəzaya düşən ailə rayonun Zuand kəndindəndir. Hadisənin baş verdiyi ərazi nəqliyyatın hərəkəti üçün çox təhlükəlidir.
 
Muxtar

Загрузка...
Загрузка...