Azərbaycanda DƏHŞƏTLİ CİNAYƏT - Qadını vəhşicəsinə öldürüb meyitini... - YENİLƏNDİ

Baxış sayı: 
84
1  
0  

Hacıqabulda qadını qətlə yetirən şəxs Bakıda tutulub.
 
Bakı şəhər Baş Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, polis və prokurorluq orqanları tərəfindən birgə həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində Hacıqabulda qadının qətlə yetirilməsində şübhəli bilinən şəxs Bakı şəhəri Səbail rayonu ərazisində saxlanılıb.
 
Belə ki, iyulun 30-da saat 10.00 radələrində Hacıqabul rayonu ərazisindən keçən Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil magistral yolunun kənarında üzərində 1 ədəd kəsilmiş-deşilmiş xəsarəti olan naməlum qadın meyitin aşkar olunması barədə məlumat daxil olub. Dərhal polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
 
Faktla bağlı Hacıqabul rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. İstintaqla mərhumun 1968-ci il təvəllüdlü Gülxara Qubadlıya olması müəyyənləşib.
 
Həmçinin elə həmin gün paytaxtın Səbail rayonu Z.Əliyeva küçəsində Masallı rayon sakinin 1999-cu il təvəllüdlü Əli Rəcəbzadəyə yaşadığı mənzildə naməlum şəxs tərəfindən kəsici alətlə xəsarətlər yetirilməsi barədə polisə məlumat daxil olub.
 
Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi əməkdaşları tərəfindən “isti” izlərlə həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Əli Rəcəbzadəyə bıçaqla xəsarətlər yetirməkdə şübhəli bilinən Hacıqabul rayonu Nəvai kənd sakini Hikmət Fərəcov saxlanılıb. Polis Bölməsində dindirilmə zamanı Hikmət Fərəcov iyulun 30-na keçən gecə Hacıqabul rayonu ərazisində Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil magistral yolunun kənarında Gülxara Qubadlını qətlə yetirdiyini də etiraf edib. Hacıqabul rayonunda hadisəni törədəndən sonra o, qadının çantasındakı pulu da götürərək Bakı şəhərinə gəlib. Bakı şəhərində isə o, sosial şəbəkələrdən birində tanış olduğu Əli Rəcəbzadənin evinə yollanıb. Hikmət Fərəcov özü ilə gətirdiyi bıçaqlda orada həmin şəxsə də xəsarətlər yetirib.
 
Hazırda prokurorluq və polis əməkdaşları tərəfində Hikmət Fərəcovuin ətrafında intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
 
 
İyulun 30-da saat 10 radələrində Hacıqabul rayonu ərazisindən keçən Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil magistral yolunun kənarında üzərində 1 ədəd kəsilmiş-deşilmiş xəsarəti olan naməlum qadın meyitin aşkar olunması barədə məlumat daxil olub.
 
Hacıqabul rayon Prokurorluğundan Publika.az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
 
Faktla bağlı Hacıqabul rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
 
İstintaqla meyitin 1968-ci il təvəllüdlü Gülxara Qubadlıya məxsus olması müəyyən edilib.
 
Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxs və ya şəxslərin tutularaq istintaqa cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Загрузка...
Загрузка...