​Azərbaycanda DƏHŞƏT – Maşın 2 şagirdi vurub, birinin üstündən keçdi – Foto

Baxış sayı: 
76
1  
0  

Xırdalan şəhərində 2 saylı orta məktəbin həyətində bədbəxt hadisə baş verib.
 
Bu barədə hadisə şahidləri məlumat veriblər. Bildirilib ki, “Hyundai-Azera” markalı avtomobil məktəbin girişində məktəbliləri əzib. Bildirilir ki, hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Maşın onlardan ikisini vurub, birinin isə üstündən keçib.
 
Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Yaralı məktəblilər xəstəxanaya yerləşdiriliblər.
 
 
 
Məsələ ilə əlaqədar 2 saylı orta məktəblə əlaqə saxladıq. Məktəbdən baku.ws-ə bildirdilər ki, hadisə nəticəsində məktəbin bir şagirdi yaralanıb.
 
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qəza nəticəsində 1 şagird Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralı Qurbanəli Kərəm oğlu Qurbanəliyevə hazırda həkim nəzarətindədir.
 
Minval.info

Загрузка...
Загрузка...