Azərbaycanda daha bir həkim koronavirusun qurbanı oldu

Baxış sayı: 
88
2  
0  

Bakıda həkim anestezioloq-reanimatoloq Ceyhun Hacıyev vəfat edib.
 
Publika.az xəbər verir ki, deputat Qənirə Paşayeva həkimin koronavirusdan dünyasını dəyişdiyini bildirib.
 
Deputat bildirib ki, C.Hacıyev təhlükəli virusa rayona yas mərasiminə gedərkən yoluxub və əlamətlər hiss ediləndən sonra xəstəxanaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
 
Bildirək ki, C.Hacıyev 2001-2015 illər ərzində Respublika Neyrocərrahiyə Xəstəxanasıda çalışıb. Onun son iş yeri Bakıda fəaliyyət göstərən özəl klinikalardan biri olub.

Загрузка...
Загрузка...