​Azərbaycanda daha 91 nəfər koronavirusa yoluxub, 211 nəfər sağalıb, 3 nəfər vəfat edib

Baxış sayı: 
103
1  
0  

 
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 91 yeni yoluxma faktı qeydə alınıb, 211 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Musavat.com-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.
 
İndiyədək ölkədə ümumilikdə 33 915 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 31 269 nəfər müalicə olunaraq sağalıb, 500 nəfər vəfat edib, 2 146 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
 
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 520, bu günə qədər isə ümumilikdə 812 033 test icra olunub.
 
Musavat.com

Загрузка...
Загрузка...