​Azərbaycanda dağlıq ərazidə yanğın başlayıb - Helikopterlər göndərildi

Baxış sayı: 
89
1  
0  

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Siyəzən rayonunun Sədan kəndi yaxınlığında kol-kos və quru ot olan dağlıq və dağətəyi ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
 
Publika.az xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri, Siyəzən Rayon İcra Hakimiyyətinin müvafiq qüvvələri yanğınsöndürmə işlərinə cəlb edilib.
 
Hazırda yanğının söndürülməsi istiqamətində təcili və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Загрузка...
Загрузка...