Azərbaycanda beynəlxalq standartlara cavab verən bitum buraxılacaq

Baxış sayı: 
77
1  
0  

Cari ilin sonunda ölkənin gündən–günə genişlənən avtomobil-yol infrastrukturuna tələb olunan müasir asfalt örtüyünün istehsalı üçün beynəlxalq standartlara cavab verən bitumun buraxılmasına başlamağı planlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə SOCAR prezidenti Rövnəq Abdullayevin "Xalq qəzeti" nəşrində dərc olunan məqaləsində deyilir.

"Yeni istehsal sahələrimizdə əlavə dəyər yaradan son istehlak məhsullarının ilkin xammal bazasını hasil etdiyimiz neft-qaz həcmləri, habelə propan-propilen, butan-butilen fraksiyaları, quru qaz və s. kimi ənənəvi neft emalı və kimyası məhsulları təşkil edir. Həmin məhsulların istehsalında dinamikanın artırılması, ən əsası isə yerli dizel yanacağı və avtomobil benzinlərinin keyfiyyətinin “Avro-5” standartına çatdırılması, yeni bitum istehsalatının yaradılması, reaktiv mühərrik yanacağının istehsal miqdarının və keyfiyyətinin artırılması, habelə istismar xərclərinin azaldılması və gəlirliyin artırılması məqsədilə Heydər Əliyev adına Neft Emalı Zavodunda və “Azərikimya” İB-də həyata keçirilən genişmiqyaslı yenidənqurma və modernizasiya işləri uğurla davam etdirilir", - deyə o bildirib.

SOCAR prezidentinin sözlərinə görə, bu işlər çərçivəsində neftin ilkin emal qurğusunun və Katalitik Krekinq qurğusunun yenidən qurulması və emal güclərinin artırılması, bir sıra yeni qurğuların da inşa edilməsi nəzərdə tutulur:

"Eyni zamanda ümumzavod təsərrüfatının yenilənməsi üzrə işlər həyata keçiriləcək. Nəticədə Heydər Əliyev adına NEZ-in istehsal gücü ildə 6 milyon tondan 7,5 milyon tonadək, istismar müddəti isə 2040-cı ilədək artırılacaq. Mərhələli olaraq həyata keçirilən bu işlərin 2018-2021- ci illərdə tamamlanması gözlənilir. Cari ilin sonunda ölkənin gündən–günə genişlənən avtomobil-yol infrastrukturuna tələb olunan müasir asfalt örtüyünün istehsalı üçün beynəlxalq standartlara cavab verən bitumun buraxılmasına başlamağı planlaşdırırıq. Yenidənqurma layihəsinə Amerikanın “UOP”, ”Fluor”, “KBR”, Fransanın “Axens”, İtaliyanın “Wood” (keçmiş ”Foster Wheeler”) və “Technimont”, Avstriyanın “EDL-Poerner” kimi nüfuzlu şirkətləri cəlb olunub".

Загрузка...
Загрузка...