Azərbaycanda AİLƏ FACİƏSİ – Kişi öldü, arvadının vəziyyəti ağırdır

Baxış sayı: 
47
1  
1  

Ötən gecə Şəmkirdə ağır yol qəzası baş verib.
 
Publika.az xəbər verir ki, Bakı-Ələt-Qazax magistralının Şəmkirin Sabir kəndindən keçən hissəsində “Mercedes” markalı minik avtomobili 1942-ci il təvəllüdlü Çingiz Hacıyev və onun həyat yoldaşı, 1951-ci il təvəllüdlü Çinarə Hacıyevanı vurub.
 
Ağır xəsarət alan piyadalar xəstəxanaya çatdırılıb.
 
Həkimlərin səyinə baxmayaraq Çingiz Hacıyevin həyatını xilas etmək mümkün olmayıb
 
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
 
Nizam

Загрузка...
Загрузка...