Azərbaycanda 25 yaşlı oğlan anasını niyə öldürdü? - Şok təfərrüat

Baxış sayı: 
162
1  
0  

Ötən gün Qusar rayonunda baş vermiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, rayonun Xurel kəndində anası, 49 yaşlı Əhmədova Mayisə Aydabəy qızını bıçaqlayaraq öldürən 1995-ci il təvəllüdlü Əhmədov Nail Hacıağa oğlunu yaxalamaq hələlik mümkün olmayıb. Hadisə şahidləri bildiriblər ki, Nail anasını öldürəndən sonra kəndin yaxınlığındakı meşəyə qaçıb. Hazırda onun tutulması istiqamətində iş aparılır.

Qətlin hansı səbəbdən baş verməsinə gəlincə, ilkin araşdırmalar zamanı N.Əhmədovun psixoloji problemlərinin olması məlum olub. Bir neçə ay əvvəl yaxınları onu müalicə olunması üçün psixiatrik xəstəxanaya yerləşdirməyə cəhd etsələr də, Nail müalicə olunmaqdan yayınıb. Ruhi-psixoloji problemləri olan gəncin anasını da təsir altında öldürdüyü ehtimal edilir.

Faktla bağlı Qusar rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, N. Əhmədovun saxlanması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Загрузка...
Загрузка...