​Azərbaycanda 25 yaşlı gəlin qayınatasını niyə bıçaqladı? – ŞOK TƏFƏRRÜAT/VİDEO

Baxış sayı: 
93
2  
0  

 
Dünən Astara rayonunda qayınatanın gəlin tərəfindən bıçaqlanması hadisəsinin təfərrüatları məlum olub.
 
Publika.az xəbər verir ki, Astara rayon Polis Şöbəsində aparılan ilkin araşdırmalar zamanı Maşxan kəndində 1960-cı il təvəllüdlü Axundov Nadir Mirzəmməd oğlunun gəlini, 25 yaşlı Aysel Axundova tərəfindən ailə-məişət münaqişsi zəminində bıçaqlanması üzə çıxıb.
 
Belə ki, bir neçə il əvvəl ailə quraraq Şahağaçı kəndindən Maşxana gəlin köçən Aysel burada xoşbəxtlik tapa bilməyib. Tədricən ailədaxili münasibətlər kəskinləşib və gəlinlə həyat yoldaşının valideynləri arasında tez-tez münaqişələr baş vermirmiş. Təxminən 2 ay əvvəl A.Axundova azyaşlı körpəsini götürərək atası evinə qayıdıb. Bundan sonra onun qohumları Maşxana gələrək gənc ailənin yaşaması üçün yeni tikilmiş evi sökməyəı çalışıblar. Qızın qohumları evin onların maddi dəstəyi ilə tikilməsini və Ayselə burada dinclik verilməməsini əsas gətirərək tikilini dağıtmağa çalışıblar. Həmin vaxt kənd rəhbərliyinin, qonşuların müdaxiləsi ilə münaqişə yatırılıb. 10-15 gün əvvəl isə 25 yaşlı gəlin atası evindən həyat yoldaşının yanına qayıdıb. Lakin münasibətləri qaydaya salmaq yenə mümkün olmayıb. Vaxtaşırı spirtli içki qəbul etdiyi bildirilən Nadir Axundovun gəlini ilə növbəti münaqişəsi kişinin kürəyindən bıçaqlanması ilə nəticələnib.
 
Ötən gecə Lənkəran rayon Mərkəzi Xəstxanasına çatdırılan kişi orada əməliyyat olunub.
 
Hadisəni törədən 1995-ci il təvəllüdlü Aysel Kazım qızı Axundova isə polis tərəfindən saxlanılıb.
 
Faktla bağlı açılmış cinayət işinin sitintaqı davam etdirilir.
 
Muxtar

Загрузка...
Загрузка...