Azərbaycanda 2 il sonra tikiləcək “Qeytsin qüllələri"ni hər yerdə yandırırlar

Baxış sayı: 
457
2  
0  

 
 
Koranavirus bəlası dünyaya yayılandan bəri Çinlə bərabər adı dillərdə əzbər olan bir nəfər “suçlu” da  var:  “Microsoft”un qurucusu Bill Qeyts.
Bu versiyanın bütün dünyadakı tərəfdarları iddia edirlər ki, koronavirus peyvənd adı altında insanlara nano-çip yerləşdiriləcək və bunu da edən məşhur milyarderdir. Bunu iddia edirlənlər deyir ki, 5 G texnologiyası ilə idarəediləcək bu çip vasitəsilə hər kəsin hərəkətlərinə nəzarət etmək, şüurunu yönləndirmək, sağlamlığına təsir etmək mümkün olacaq, hətta çip vasitəsi ilə "artıq insanları” "söndürə" və bununla da Yer kürəsindəki əhalini “tənzimləyə” biləcəklər.
 
Virus bioterroristlər tərəfindən yaradılacaq –
 
Bu kimi iddialar isə dünyada yeni texnologiya qüllələrinə qarşı hücumları artırıb.Məsələn, Rusiyanın “Sobesednik” nəşri yazır ki, martın əvvəlindən bəri İngiltərədə 77  “5G” qülləsi yandırılıb.
 
COVID-19-un qorxusundan 5G qülləri yandırılır
 
Proses artıq Hollandiyada da vüsət alıb. Bu günlərdə isə Moskvada 5G texnologiyası əleyhinə vərəqələr yayılıb. 5G şəbəkəsinin qurulmasına qarşı etirazlar təkcə paytaxtda deyil, Rusiyanın bir çox şəhərində yaşanır. Xüsusilə Dağıstanda bu məsələ ətrafında  gərgin vəziyyət yaranıb. Şimali Osetiyada isə rabitə qülləsini 5G avadanlıqları üçün qüllə hesab edərək yandırıblar ki, nəticədə ətrafdakı ərazi rabitədən tam məhrum olub.
 
5 G qülləri əleyhdarları deyirlər ki, sürətli dalğalar ətrafdakı insan hüceyrələrinə nüfuz edib zərər verir, zəifləmiş toxumalar isə xərçəng, sonsuzluq, autizm və ürək xəstəliklərinə səbəb olur.
 
Data Elmi sahəsinə edilən investisiyadan yaxşı nəticələr əldə ...
 
2025-ci ilə qədər MDB ölkələrində 5-ci nəsil kabelsiz mobil texnologiyaya (5G) qoşulanların sayı 54 milyon, mobil rabitə operatorlarının bu sahəyə yatırımları isə 27,3 milyard ABŞ dolları təşkil edəcək.
 
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Mobil Rabitə Sistemlərinin Qlobal Assosiasiyasının (GSMA) “Mobil iqtisadiyyat: Rusiya və MDB 2019” adlı araşdırmasında bildirilir.
 
 
 
Sənəddə qeyd olunur ki, yaxın 6 il ərzində 5G şəbəkəsinə qoşulmaların 13%-i adıçəkilən ölkələrin payına düşəcək. Bundan başqa, qarşıdakı 15 il ərzində MDB ölkələrinin iqtisadiyyatı 5G texnologiyaları hesabına 34 milyard dollar gəlir əldə edəcək.
 
 
MDB ölkələri arasında 5G texnologiyasını 2020-ci ildən Belarus və Rusiyanın, 2021-ci ildə Qazaxıstanın, 2022-ci ildə isə Azərbaycanın tətbiq edəcəyi bildirilir.
 
Bundan başqa, araşdırma müəllifləri hesab edir ki, 2025-ci ilə qədər MDB ölkələrində 4G texnologiyasına qoşulanların sayı 292 milyon olacaq. 2018-ci ildə bu rəqəm 101 milyon olub.
 
 
2025-ci ildə MDB ölkələrində smartfon qoşulmalarının 330 milyondan artıq olacağı, bütövlükdə qoşulmaların 77%-ni (2018-ci ildə 57% olub) smartfonların payına düşəcəyi ehtimal olunur. Araşdırma müəlliflərinə görə, həmin vaxt əşyaların internetindən əldə ediləcək gəlir 26 milyard dollara çatacaq, mobil əşyalar internetinə qoşulmalar isə 3 dəfədən çox artaraq 87 milyon dollar təşkil edəcək. Buna səbəb kimi “ağıllı şəhər”lərə, “ağıllı kommunal xidmətlər”ə marağın artması göstərilir.
 
Orxan ƏLİYEV
Musavat.com

Загрузка...
Загрузка...