​Azərbaycanda 1872 manata işçı axtarılır

Baxış sayı: 
38
1  
0  

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin pilot olaraq tabeliyinə verilmiş "Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs müvafiq maliyyə müdiri üzrə vakant yer elan edir.
 
Agentlikdən Qaynarinfo-ya verilən məlumata görə, maraqlanan namizədlər CV-lərini 22 iyun tarixinədək hr@its.gov.az e-mail ünvanına göndərə bilərlər.
 
Namizəd ali təhsilli (İqtisadiyyat, maliyyə, maliyyə və kredit), maliyyə və mühasibat sahələrində 5 ildən az olmayan əmək stajı, minimum 2 il baş mühasib sahəsində əmək stajı olmalı, vergi, əmək və mülki məcəllələri və qüvvədə olan normativ-hüquqi aktları əla bilməlidir.
 
Əməkhaqqı (vergi və digər tutulmalar daxil) 1872 manatdır.

Загрузка...
Загрузка...