Azərbaycana qarşı DAHA BİR TƏXRİBAT: "Qarabağ"ın yerini səhv göstərdilər - FOTO

Baxış sayı: 
68
2  
0  

UEFA Avropa Liqasının A qrupunda Lüksemburqda baş tutan "Dudelanj" - "Qarabağ" matçından sonra daha bir təxribat baş verib.
 
Publika.az xəbər verir ki, dünyaca məşhur "Livescore" saytı turnir cədvəlində “Qarabağ”ın yerini səhv göstərib.
 
Sayt "Dudelanj" üzərində qələbə sayəsində qrupda faktik 2-ci pilləyə yüksələn "Qarabağ"ı 3-cü sırada göstərib. 2-ci yerdə isə "Dudelanj" qərarlaşıb.
 
 
 
Qeyd edək ki, matçın 31-ci dəqiqəsində meydançaya dron vasitəsilə Qarabağ separatçılarının "bayrağı" endirilmişdi. "Qarabağ" futbolçularının kəskin etirazından oyun yarımçıq saxlanılmış və 25 dəqiqə sonra davam etdirilmişdi.
 
Zümrüd

Загрузка...
Загрузка...