Azərbaycana qaçan gülənçi Türkiyəyə veriləcək – Dinləmə

Baxış sayı: 
129
0  
0  

 
Türkiyədə axtarışda olan Mustafa Ceyhan Yaşar oğlunun öz ölkəsinə təhvil verilməsi barədə Azərbaycan Ədliyyə Nazirliyi və Baş Prokurorluğun təqdimatı üzrə məhkəmə prosesi başlayıb.
 
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
 
Hakim bildirib ki, Mustafa Ceyhanın şəxsiyyət vəsiqəsi yoxdur.
 
Mustafa Ceyhan ona məhkəmədən bildiriş gəlmədiyini deyib. O, həmçinin vəkili Tural Eminovun prosesdə iştirak etməsini istəyib.
 
Mustafa Ceyhan qeyd edib ki, Azərbaycan Respublikasına qanuni yolla keçib: “Mənim Gürcüstanda oturum haqda icazə sənədim var. Orada Azərbaycana sığınacaq üçün gələndə Qazaxda qanunsuz həbs edilmişəm”.
 
Mustafa Ceyhanın sözlərinə görə, heç bir terror təşkilatının üzvü deyil: “Mən BMT-dən də sığınacaq almışam”.
 
Hakim bildirib ki, bununla bağlı BMT-yə sorğu göndəriləcək.
 
Növbəti proses aprelin 19-da davam edəcək.
 
İttihama görə, Türkiyə vətəndaşı Mustafa Ceyhan Fətullahçı Terror Təşkilatını (FETÖ) üzvü olmaqda ittiham edilərək, ölkəsində axtarışa verilib. O, ötən ilin aprel ayında Gürcüstan Respublikasından Azərbaycana qanunsuz yolla keçmək istəyən zaman həbs edilib.
 
Qazax rayon Məhkəməsinin hökmü ilə Mustafa Ceyhan Azərbaycan Respublikasının sərhədlərini qanunsuz yolla keçməyə cəhd etməkdə ittiham olunaraq, 1 il müddətinə azadlıqdan məhrum edilib.
 
Daha sonra Türkiyə Respublikası Mustafa Ceyhanın ekstradisiya olunması ilə bağlı Azərbaycana müraciət edib.
 
Müəllif: Hacı Zeynalov

Загрузка...
Загрузка...