Azərbaycana idxal olunan "inomarka"ların sayında ikiqat artım - RƏSMİ...

 
 
Azərbaycan avtomobil idxalını kəskin şəkildə artırıb.
 
Dövlət Gömrük Komitəsi həftənin ikinci günü öz saytında yayılmış statistik hesabatında bildirir ki, 2017-ci ilin yanvar-avqust aylarında Azərbaycan 5662 ədəd avtonəqliyyat vasitələri idxal edib.
 
Bildirilir ki, 2016-cı ilin müvafiq aylarında bu rəqəm 3454 ədəd olub.
 
Hesabatdakı məlumatlara görə cari ilin səkkiz ayı ərzində idxal olunan avtomobil nəqliyyat vasitələrinin ümumi sayı içərisindən  4874-ü  avtomobil və motorlu nəqliyyat vasitələridir.  2016-cı ilin yanvar-avqust aylarında isə bu rəqəm 2981 təşkil edib.
 
Bundan başqa yanvar-avqust aylarında Azərbaycana 603 ədəd yük avtomobilləri idxal edilib. (2016-cı ilin yanvar-avqust ayında 342 olub). İdxalın qalan hissəsini başqa avtomobil nəqliyyat vasitələri təşkil edir.
 

Загрузка...
Загрузка...