Azərbaycan vətəndaşı Ukraynada güllələndi

Baxış sayı: 
42
1  
0  

Ukraynanın Kropivnitski şəhərində Azərbaycan vətəndaşı güllələnib.

Publika.az xəbər verir ki, bu barədə "Sputnik Azərbaycan" məlumat yayıb.

"Noyabrın 6-da, yerli vaxtla 22:00 radələrində Verxniy Permsk küçəsində naməlum şəxslər vətəndaşa atəş açıblar. O, aldığı xəsarətlərdən hadisə yerində keçinib. Ölən kişinin şəxsiyyəti müəyyənləşdirilib. Onun Azərbaycan vətəndaşı olduğu bildirilir. Faktla bağlı araşdırmalar aparılır", - vilayətin baş polis idarəsinin nümayəndəsi Vitalin Bevzenko bildirib.

40 yaşlı şəxs əvvəllər azadlıqdan məhrum edilib. Həmyerlimizə iki nəfərin hücum etdiyi bildirilir.

Загрузка...
Загрузка...