​Azərbaycan və Türkiyədən Ali Baş Komandana məktublar var

Baxış sayı: 
91
1  
0  

 
Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevə 10 minlərlə məktub və müraciətlər gəlir. Hazırda Türk - İslam arealının, Qafqaz regionunun və özəlliklə də Azərbaycanın ən sevilən, ən reytinqli ismi İlham Əliyevdir. Çoxsaylı məlum havadarlarının olmasına baxmayaraq, işğalçı Ermənistana qarşı cəsarətlə başladılan Vətən müharibəsi, onun uğurla davam etməsi Prezidentimizi haqlı olaraq diqqət və heyranlıq mərkəzinə gətirib.
 
Ona dünyanın hər yerindən, daha çox da Azərbaycan xalqından məktub və müraciətlər yağır. Türkiyə, Pakistan, Ərəb ölkələrindən, Avropadan gələn məktubların bir qismini dünən saytımızda dərc etmişik.
 
Musavat.com olaraq bu gün yeni məktub və müraciətləri tarixin və oxucuların diqqətinə çatdırırıq.
 
Azərbaycan Tələt Əmirovdan, Ucar, Azərbaycan Hörmətli cənab Prezident.
Ulu öndərimiz Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan Sizin rəhbərliyinizlə Qələbəyə doğru inamla addımlayır. Ucar rayonunda məskunlaşmış məcburi köçkünlər Ordumuzun hər nailiyyətinə ürəkdən sevinirlər. Artıq böyük köçə, doğma yurdlarımıza qayıtmağa hazırıq.
 
Əziz Prezidentimiz, biz məcburi köçkünlər daim Sizinləyik, bütün qərarlarınızı dəstəkləyirik. İnşallah, Sizinlə qayıdıb abadlaşdıracağımız doğma torpaqlarda görüşərik.
 
Hörmətlə, Əmirov Tələt Əli oğlu, məcburi köçkün, II qrup Qarabağ müharibəsi əlili.
 
Azərbaycan Respublikası, Ucar rayonu.
 
 
 
Ramil İsmayılov və başqalarından, Füzuli, Azərbaycan
Hörmətli cənab Prezident.
 
Uğurlarımız böyükdür, ordumuz qalibdir. Böyük Qələbə, bayrağımızın Şuşada dalğalanacağı gün uzaqda deyil. Biz Qayıdış qəsəbəsində məskunlaşmışıq. Füzuli rayonunun kəndlərinin, o cümlədən kənd Horadizin azad edilməsi hamımızın böyük sevincinə səbəb oldu. Bizə bu sevinci yaşatdığınıza görə Sizə və şanlı ordumuza minnətdarıq.
 
Füzulililər fərəh və qürur içindədirlər. Allah Sizi qorusun. Yaşasın, qalib Azərbaycan!
 
Hörmətlə, İsmayılov Ramil Əyyub oğlu
 
Heydərov Tehran Əbil oğlu
 
İbişov Taryel Kazım oğlu. Azərbaycan Respublikası, Füzuli rayonu, Qayıdış-1 qəsəbəsi.
 
Musa Quliyevdən, Bakı, Azərbaycan
Möhtərəm Prezidentimiz, cənab Ali Baş Komandan
 
Milli Ordumuza azadlıq mübarizəsinə başlamaq əmri verdiyinizə görə Sizə təşəkkür edirəm. Şanlı Ordumuzun iki gün ərzində qazandığı uğurlara görə Sizi qəlbən təbrik edirəm. Müharibənin ilk günündən Sizin qətiyyətiniz, mahir komandanlıq istedadınız bütün türk dünyasını valeh edib. Bizim apardığımız müharibə ədalətli müharibədir, torpaqlarımız tezliklə yağı düşməni tapdağından azad edəcəyik.
 
Cənab Prezident, Azərbaycan xalqı, o cümlədən alimləri, ziyalıları daim Sizinlədirlər. Qarabağ Azərbaycandır! Tanrı Sizə, xalqımıza, dövlətimizə və ordumuza yar olsun.
 
Dərin hörmətlə,
 
Quliyev Musa Nizam oğlu, professor, tarix elmləri doktoru, Əməkdar müəllim.
 
Azərbaycan Respublikası, Bakı şəhəri.
 
 
 
Mehran Hematyardan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
 
Sizi ilk qələbə xəbərləri münasibətilə təbrik edirəm. Mən əslən Cənubi Azərbaycandanam. Həyat yoldaşım Azərbaycan vətəndaşıdır. Bakıda yaşayan ailəmiz bir əsgər böyüdür.
 
Ailəlikcə hamımız canımızı Azərbaycan yolunda fəda etməyə hazırıq. Hamımız Sizin arxanızdayıq. Allah Sizi qorusun. İnşallah, Sizin rəhbərliyinizlə işğala son qoyulacaq.
 
Yaşasın, Azərbaycan!
 
Hörmətlə,
 
Mehran Hematyar.
 
Azərbaycan Respublikası, Bakı şəhəri.
 
Mirnihad Həşimovdan, Abşeron, Azərbaycan
Hörmətli cənab Prezident!
 
Sizin komandanlığınızla qısa müddət ərzində əldə olunan uğurlar hər bir vətəndaş kimi, məni də çox qürurlandırdı. Otuz illik Qarabağ həsrətinə son qoymaq üçün gördüyünüz işlər tarix dərsliklərində əsrlər boyu öyrəniləcək. Möhtərəm Ali Baş Komandan, Sizi daim dəstəkləyir və Zati-alinizə dərin minnətdarlığımızı bildiririk.
 
Var olun, cənab Prezident!
 
Hörmətlə,
 
Həşimov Mirnihad.
 
Azərbaycan Respublikası, Abşeron rayonu, Masazır qəsəbəsi.
 
 
 
Bahar Quliyevadan, Bakı, Azərbaycan
Cənab Ali Baş Komandan.
 
İlk növbədə, bizə günlərdə yaşatdığınız hədsiz sevinc və qürur hislərinə görə Sizə və şanlı Ordumuza təşəkkürümü bildirirəm.
 
İllərdir görmədiyimiz, atalarımızın, babalarımızın haqqında həsrətlə danışdıqları torpaqlarımıza bir addım da yaxınlaşdığımızı hiss etmək bizi o qədər xoşbəxt edir ki, biz “Budur, Azərbaycanın şanlı Ordusunun gücü!” deyir və qələbəyə daha da ürəkdən inanırıq. Sizin dəfələrlə xəbərdarlığınıza baxmayaraq, mənfur qonşularımız atəşkəsi pozmaqdan, mülki vətəndaşlarımızı öldürməkdən çəkinmədilər. Ordumuzun düşmənin ön xəttini bir neçə saata darmadağın etməsi göstərdi ki, bizim üçün işğalçıları torpaqlarımızdan təmizləmək çox asandır. Bu haqq yolunda Sizə və şanlı Ordumuza uğurlar arzu edir, dualarımızın Sizinlə olduğunu bildirəm. Lazım olarsa, mən də son damla qanımadək Vətən yolunda, torpaq yolunda döyüşməyə hazıram.
 
Azərbaycan gəncliyi Sizin yanınızdadır, cənab Ali Baş Komandan! Baxmayaraq ki, bu məktubu Sizə Bakıdan yazıram, əminəm, tezliklə doğma Qarabağdan - Xocalıdan yazacağam.
 
Hörmətlə,
 
Quliyeva Bahar Mahir qızı.
 
Azərbaycan Respublikası, Qaradağ rayonu.
 
Lətif Səmədovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
 
Bu, mənim Sizə ilk məktubumdur. Həyəcandan necə başlayacağımı bilməsəm də, nə yazmaq istədiyimi dəqiq bilirəm. Son iki gündə böyük fərəh hissi yaşayıram. Azərbaycanlı olmağımdan və Sizin kimi qətiyyətli Prezidentimizin olmasına görə qürur hissi duyuram. Əminəm ki, çoxsaylı təşəkkür məktubu alırsınız. Mən də bu məktubumla xalqımız üçün gördüyünüz işlərə görə Sizə təşəkkür etməyi özümə borc bilirəm.
 
Vətənlə fəxr etdiyimizi, liderimizlə qürur duyduğumuzu, şərəflə azərbaycanlı olduğumuzu söyləyən anlarda keçirdiyimiz hislər Sizin sayənizdədir. Xalqımız inanırdı ki, gün gələcək və hər şey həqiqətən də yaxşı olacaq. Həmin gün yaxındadır. Çox sağ olun, cənab Prezident! Bu gün Azərbaycan beynəlxalq arenada öz sözünü deyən ölkədir. Əminəm ki, yaxın gələcəkdə torpaqlarımızı işğaldan azad edəcək, Azərbaycan bir cənnət parçası olacaq, hamımız Vətənimizdə başıuca, qürurla gəzəcəyik.
 
Hörmətlə,
 
Səmədov Lətif Fuad oğlu.
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu.
 
 
 
İsmayıl Gülverdiyev və başqalarından, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
 
Əminik ki, Sizin rəhbərliyinizlə Qarabağımız qısa müddət ərzində işğaldan azad olunacaq. Ya Qarabağ, ya ölüm! Bizim başqa yolumuz yoxdur”
 
Artıq illərlə gözlədiyimiz gün gəlib çatıb. Biz Sizə inanırıq. Sizin uğurlu daxili və xarici siyasətiniz güclü Azərbaycan Ordusunu formalaşdırdı. Həmin siyasət və güclü ordu ilə yaxın gələcəkdə torpaqlarımızı azad edəcəyik. Bu günü bizə yaşatdığınıza görə Sizə təşəkkür edir, Sizinlə fəxr edirik.
 
Yaşasın, Azərbaycan Ordusu! Var olsun, cənab Ali Baş Komandan!
 
Hörmətlə,
 
Gülverdiyev İsmayıl Gülbala oğlu
 
Hüseynov Elşən Elmixan oğlu
 
Adıgözəlov İsmayıl Gülbaba oğlu.
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.
 
Vaqif Şadlinskidən, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
 
Xalqımızın, hər bir sadə vətəndaşın ürəyi bu tarixi günlərdə fəxrlə döyünür, hər birimiz televiziya ekranlarının qarşısında qürurla zəfər sorağındayıq. Mənfur düşmənlərimiz özləri insaniyyətə zidd ideologiyalarının qurbanına çevrilərək silahımızın gücü qarşısında aciz qalıblar. Azərbaycanımızın Sizin müdrik rəhbərliyiniz sayəsində əldə etdiyi qələbələr, ölkəmizin dünya arenasında artan nüfuzu, gənclərin Vətənə sədaqət, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunması erməni-faşist rejiminin gününü qara edib.
 
Əziz Prezidentimiz, Siz Azərbaycanı alınmaz qalaya, şanlı Ordumuzu yenilməz qüvvəyə çevirmisiniz. Düşmən məhv edilir, qaçır. Azərbaycan əsgəri müqəddəs andına sadiq qalaraq torpağımızı azad edir. Biz qələbəni gözləyirdik, cənab Prezident! Bu qələbə sevincini bizə yaşatdığınız üçün Sizə dərin minnətdarlığımızı bildiririk. Azərbaycan həkimləri və müəllimləri Sizin müsəlləh əsgərlərinizdir. Ali Baş Komandanımızın bizi tam qələbəyə çatdıracağına tamamilə əminik.
 
Biz həmişə sizinləyik.
 
Hörmətlə,
 
Vaqif Şadlinskidən, Əməkdar elm xadimi, professor.
 
Azərbaycan Respublikası, Bakı şəhəri.
 
 
 
İbrahim Uluerdən, Ankara, Türkiyə
Hörmətli cənab Prezident.
 
Mən Türkiyə vətəndaşı, şəhid qardaşı olaraq Azərbaycanı şərəfli mübarizəsində dəstəklədiyimi bildirirəm. Ölkəmin terrorla mübarizəsində iştirak etdiyimi, terrorla məşğul olan işğalçıların dinc əhalini rahat yaşamağa qoymadığını yaxşı bilirəm.
 
Mənim üçün Türkiyə də, Azərbaycan da vətəndir. Vətənimin hər qarışı mənim üçün müqəddəsdir. Şanlı qələbənizin qazanılması üçün irəlilədiyiniz yolda Sizinlə birlikdə addımlamaq mənim üçün şərəf olardı.
 
Can Azərbaycana uğurlar arzulayıram.
 
Hörmətlə,
 
İbrahim Uluer.
 
Türkiyə Respublikası, Ankara şəhəri.
 
Caner Sarsılmazdan, Ankara, Türkiyə
Hörmətli cənab Prezident.
 
Ermənistanın işğalı altında olan bir neçə kəndin düşməndən azad edilməsi münasibətilə Sizi təbrik edir, bu yolda şəhid olanlara görə başsağlığı verir, heç nəyin Azərbaycan xalqının əzmini qıra bilməyəcyinə əmin olduğumuzu bildirirəm.
 
Mən də Qələbə yolunda irəliləyən əsgərlərinizlə birlikdə addımlamağa, qardaşlarımla çiyin-çiyinə döyüşməyə istəyirəm və Azərbaycanın haqq işində son damla qanıma qədər mübarizə aparmağa hazıram.
 
Hörmətlə,
 
Caner Sarsılmaz.
 
Türkiyə Respublikası, Ankara şəhəri.
 
 
 
İnan Güvəndən, Atakum, Türkiyə
Hörmətli cənab Prezident.
 
Ermənistanın işğalçı siyasətinə görə üzləşdiyiniz müharibə vəziyyətinə görə narahatlıq keçirsək də, Qələbənin mütləq Sizinlə olacağına inanırıq. Azərbaycana gələn bəla bizə də gəlmiş sayılır. Buna görə də hər bir türk bütün imkanları ilə Sizinlə birlikdə olduğunu bildirir. Mən də onlardan biriyəm. Türkiyə-Azərbaycan qardaşlığı əbədi davam edəcəkdir.
 
Sizə dəyən zərərin bizə dəydiyini düşünərək, hər zaman döyüşə hazırıq. Biz də Sizin əmrinizdəyik.
 
Dərin hörmət və ehtiramla,
 
İnan Güvən.
 
Türkiyə Respublikası, Atakum şəhəri.
 
Öterkuş Mustafadan, Malatya, Türkiyə
Hörmətli cənab Prezident.
 
Mən könüllü olaraq cəbhədəki azərbaycanlı qardaşlarımla birlikdə vuruşmağa hazıram. Sizin yolunuz haqq yoludur və bu yolda olmaq hər bir türk üçün böyük şərəfdir. Sizə Qələbə arzulayıram, cənab Prezident!
 
Hörmətlə,
 
Öterkuş Mustafa Yılmaz oğlu.
 
Türkiyə Respublikası, Malatya şəhəri.
 
 
 
Ali Yalçından, Ankara, Türkiyə
Hörmətli cənab Prezident.
 
Tarixi keçmişdən bu günədək daim Ermənistanın təcavüzkarlığının Azərbaycan dövlətinə və xalqına təhlükə törətdiyini görürük. Erməni terroruna və işğalına qarşı mübarizədə irəli sürdüyünüz qətiyyət şübhəsiz ki, təqdirəlayiqdir. Başda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla türk xalqı, o cümlədən rəhbərlik etdiyim qurum daim Azərbaycanın haqlı mövqeyini müdafiə edib. Azərbaycanın ərazi bütövlüyünü pozaraq işğalçılıq siyasətini davam etdirən Ermənistanın iç üzünü göstərmək, beynəlxalq qurumlara, təşkilatlara həqiqəti çatdırmaq üçün səylərimizi əsirgəmədik. Ortaq tariximiz, ortaq inancımız və ortaq iradəmiz üzərində birlikdə qurduğumuz “bir millət, iki dövlət” konsepsiyası ilə ortaq varlığımız var. Azərbaycan müstəqilliyini qorumalı və yaşatmalı olan qardaş ölkədir.
 
Allah bu mübarək səfərdə Sizə kömək olsun!
 
Hörmətlə,
 
Ali Yalçın, Türkiyə Memur-Sen Həmkarlar Təşkilatının sədri.
 
Türkiyə Respublikası, Ankara şəhəri.
 
Ramazan Mutludan, Bursa, Türkiyə
Hörmətli cənab Prezident.
 
Ermənilərin Azərbaycana qarşı təcavüzünü görüb sakit dayana bilmirik. Bizə də şərait yaradın, Qarabağ uğrunda biz də vuruşaq. Bu erməni cəlladları neçə illərdir türkə düşmən kəsilib. Artıq zamanı çatıb, onları Qarabağdan çıxarmalıyıq. Cənab Ali Baş Komandan, bir daha bildirmək istəyirəm ki, əmrinizi gözləyirəm.
 
Qardaşlarımla bir cəbhədə olmaqdan böyük qürur duyardım.
 
Hörmətlə,
 
Mutlu Ramazan Rüştü oğlu.
 
Türkiyə Respublikası, Bursa şəhəri.
 
 
 
Metin Fahri və başqalarından, Antalya, Azərbaycan
Hörmətli cənab Prezident.
 
Biz bir millət, iki dövlətik. Biz türkük, qardaşıq, eyni kökdənik. Yola çıxmış olduğunuz bu uğurlu mübarizədə Rəbbim yardımçınız olsun. Canımızla, qanımızla azərbaycanlı qardaşlarımızın yanındayıq. Qulağımız səsdə, könlümüz yoldadır. Bir çağırış edin, yetər.
 
Hörmətlə,
 
Metin Fahri Mehmet oğlu
 
Ablak Murat Bahri oğlu
 
Aşık Turan Hakkı oğlu.
 
Türkiyə Respublikası, Antalya şəhəri.
 
Veli Yıldızdan, İstanbul, Türkiyə
Hörmətli cənab Prezident.
 
Əvvəla cəbhə bölgəsində baş verən döyüşlərdə şəhid olmuş qardaşlarımızın ailələrinə başsağlığı verir, yaralıların tezliklə sağlamlıqlarına qovuşmaları üçün dua edirik. Sizin üçün orada könüllü döyüşməyə hər zaman hazır olduğumu bilməyinizi istəyirəm. Bir canım deyil, min canım olsa, azərbaycanlı qardaşlarıma fəda edərəm.
 
Azərbaycan-Türkiyə: İki dövlət, bir millət, bir ürək!
 
Hörmətlə,
 
Veli Yıldız.
 
Türkiyə Respublikası, İstanbul şəhəri.
 
 
 
Oğuz Aydından, Bursa, Türkiyə
Hörmətli cənab Prezident.
 
Dost və qardaş ölkənin, can Azərbaycanın rəhbəri kimi Sizi salamlayır, məsuliyyətli fəaliyyətinizdə Sizə uğurlar arzulayıram.
Son zamanlar ermənilərin ölkənizə və mülki vətəndaşlara qarşı təcavüzü bizi də hiddətləndirdi. İşğalçı və təcavüzkar ölkəyə qarşı mübarizənizdə Sizin, can Azərbaycanın yanındayıq. Dinimizə və türkçülüyə təhlükə yaradan nə varsa, mən son damla qanıma qədər onunla mübarizə aparmağa hazıram.
 
Qarabağ Azərbaycanındır! Bu, belə olub və daim belə olacaq! Allah yar və yardımçınız olsun.
 
Hörmətlə,
 
Oğuz Aydın.
 
Türkiyə Respublikası, Bursa şəhəri.
 
Fahri Emre Recberdən, İzmir, Türkiyə
Hörmətli cənab Prezident.
 
Mən Türkiyə vətəndaşı olaraq hər bir azərbaycanlının qardaşıyam. Uzun illərdir Azərbaycan şirkətləri ilə əməkdaşlıq edirəm. Sizin torpaqlar mənim üçün də doğmadır. Hazırda erməni təcavüzünə qarşı mübarizənizi tam dəstəkləyir, hər an yanınızda olduğumu bildirirəm.
 
Qılıncınız kəskin, qələbələriniz davamlı olsun!
 
Hörmətlə,
 
Fahri Emre Recber.
 
Türkiyə Respublikası, İzmir şəhəri.
 
İsmail Serkan Büyükoğlu və Erdi Bozkurtdan, Adana, Türkiyə
Hörmətli cənab Prezident.
 
Azərbaycan və Türkiyə iki qardaş ölkə, tək millətdir. Qardaş və dost çətin gündə tanınar. Bu günlər Azərbaycan üçün çətin olmaqdan daha çox şərəflidir. Belə günlərdə Sizin yanınızda olmağa, canımız və qanımızla kömək etməyə hazırıq.
 
Allah türkü qorusun! Bayraq enməz, Vətən bölünməz!
 
Sonsuz ehtiramla,
 
İsmail Serkan Büyükoğlu
 
Erdi Bozkurt.
 
Türkiyə Respublikası, Adana şəhəri.
 
Musavat.com

Загрузка...
Загрузка...