Azərbaycan və Türkiyə kəşfiyyatından uğurlu əməliyyat - Ankara TƏŞƏKKÜR ETDİ

Baxış sayı: 
193
0  
0  

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Azərbaycan və Ukraynadan Fəthullahçı Terror Təşkilatının (FETÖ) iki yüksək vəzifəli imamının Türkiyəyə gətirilməsi üzrə müvəffəqiyyətli əməliyyatları keçirdi.
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Türkiyənin yeni hökumətinin birinci iclasının nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.
“Bizim milli kəşfiyyat təşkilatımız əməliyyatları bu ölkələrin xüsusi xidmət orqanlarının köməyilə keçirdi. Bunun üçün onlara təşəkkür edirəm”, - o bildirib.
Qeyd edək ki, Türkiyə hakimiyyəti 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhddə FETÖ lideri Fəthullah Güləni ittiham edir. Gülən hazırda ABŞ-da yaşayır.
Ömər

Загрузка...
Загрузка...