Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında görüş başlayıb

Baxış sayı: 
44
1  
0  

İtaliyanın Milan şəhərində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zohrab Mnatsakaryan arasında görüş başlayıb. Turaninfo.org xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Leyla Abdullayeva məlumat verib.

 

"Elə indicə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ATƏT-in Minsk qrupunun həmsədrləri və qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə görüş başlayıb", - deyə o, "Twitter" mikrobloqunda yazıb.

Bundan əvvəl Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.

Загрузка...
Загрузка...