Azərbaycan UEFA Millətlər Liqasına məğlubiyyətlə başladı FOTO YENİLƏNİR

Baxış sayı: 
251
1  
0  

 
Millimiz qapısından 2-ci qolu buraxıb. 
 
Musavat.com xəbər verir ki, Rodriqes görüşün 72-ci dəqiqəsində penaltidən komandasını hesabda irəli çıxarıb. 1-2.
 
***
 
UEFA Millətlər Liqasının I turunun Azərbaycan - Lüksemburq oyununda hesab dəyişib.
 
Musavat.com-un məlumatına görə, 48-ci dəqiqədə hesab bərabərləşib.
 
Anton Krivotsyuk avtoqol müəllifi olub.
 
***
 
UEFA Millətlər Liqasının I turu çərçivəsində keçirilən Azərbaycan - Lüksemburq matçında ilk qol vurulub.
 
Azərbaycan yığması hesabı açıb. Ramil Şeydayev birnci hissənin son dəqiqələrində fərqlənməyi bacarıb.
 
***
 
Hakim qayda pozuntusuna görə Mahir Emreliyə qırmızı vərəqə verdi.
 
***
 
Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasının 2020/2021 mövsümündə mübarizəyə başlayıb.
 
Musavat.com-un məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu kollektiv Bakı Olimpiya Stadionunda Lüksemburq seçməsini qəbul edir.
 
C liqasının I qrupunun digər matçında isə Kipr və Monteneqro yığmaları üz-üzə gəlirlər.
 
Musavat.com

Загрузка...
Загрузка...