"Azərbaycan üçün ən böyük virus işğal altında olan Qarabağda at oynadanlardır..."

Baxış sayı: 
82
1  
0  
Sən demə, koronavirus dünyadakı münaqişlərin dayanması üçün ən böyük "vasitəçi" imiş. Sizcə bu bəla dünya düzəninə və dövlətlərarası münasibətlərə yenidən baxmağa səbəb olacaqmı? Koronavirus təhdidi altında Yunanıstan üzərindən Avropaya keçməyə can atan yüz minlərlə suriyalı qaçqının son aqibəti barədə niyə dünya sükuta qərq oldu? Axı elə koronavirusdan yüz dəfə təhlükəli müharibə milyonlarla suriyalının, iraqlının, yəmənlinin, liviyalının həyatı bahasına başa gəlmədimi?
 
Türkiyənin Ərciyəs Universitetinin professoru, tanınmış ermənişünas alim Qafar Çaxmaqlı Moderator.az-ın bu sualına cavabında deyir ki, əslində bizim üçün ən böyük pandemiya koronavirus yox, erməni işğalıdır:
 
"Əlbəttə, dünyanın başı koronavirusa qarışıb. Həqiqədən dünyamız təhdid altındadır, ondan necə qurtulacağımız müşküldür. Amma bu bəlanın digər "bəlaları" üstələməsi mümkün deyil. Ölkələr sanki bütün problemlərini və bir - biri ilə haqq hesablarını təxirə salıblar. Suriya qaçqınlarının Avropa qapılarında iztirabları artıq xəbər deyil, bir neçə addım geriyə düşmüş informasiyadır. Bizim taleyüklü məsələmiz də sanki unudulub. Sanki ermənilərin Qarabağı işğalı prioritet məsələ deyil. Azərbaycan üçün ən böyük virus bu gün işğal altında olan Qarabağda at oynadanlardır. Bəlkə koronavirusun gətirdiyi elə münasib məqam yaranır ki, biz dünyanın başının qarışıq olmasından istifadə edib məsələmizi həll edək. 31 martda Azərbaycanlıların soyqırımı günündə bəlkə də qəsdən Dağlıq Qarabağın qondarma rejimi "seçki " keçirir, həm də koronavirusa görə onu təxirə belə salmır. Niyə də salsınlar. Seçki deyilən bir şey yoxdu ki, ortada oyun var, həmin oyundan da "qalib" yenə bir quldur çıxacaq, bizim qanımızı tökən birisi. Ermənilər qəsdən bu cinayətkarlaraı vəzifəyə gətirirlər ki, sonra onlar savaş suçundan yarqılanmasın. Koçaryan, Sarkisyan Ohanyan da bu prinsiplə müəyyən dönəm  başa  gətirilmişdilər. Mənə elə gəlir ki, ermənilər Azərbaycanın əlinə yaxşı fürsət veriblər. 31Mart soyqırımı günündə tarix yazmaq. Sonra bunları etmədiyimizə görə yanıb yaxılacağıq..."
 

 

 
Загрузка...
Загрузка...