Azərbaycan türklərinin komandası "Traktor" İran kubokunun qalibi oldu VİDEO

Baxış sayı: 
367
2  
0  

 
Futbol üzrə İran kubokunun qalibi müəyyənləşdi. "Traktor" İran kubokunun qalibi oldu.
Apasport.az saytının məlumatına görə, bu gün final oyunu keçirilib.
 
Tehrandakı "Azadi" stadionunda baş tutan həlledici görüşdə yerli komanda "İstiqlal"la "Traktor" üz-üzə gəlib. Təbriz klubu ilk hissədə 3 cavabsız qolla önə keçib. "İstiqlal"ın gücü fasilədən sonra fərqi minimuma endirməyə çatıb.
 
Beləliklə, rəqibi üzərində 3:2 hesablı qələbə qazanan "Traktor" 5-ci dəfə iştirak etdiyi İran kubokunun finalında 2-ci qələbəsini qazanıb. Təbrizlilər buna qədər 2014-cü ildə həmin titula yiyələnmişdi. Komanda 1976, 1995 və 2017-ci ildəki həlledici matçda isə məğlub olub.
 
12-ci dəfə finalda oynayan "İstiqlal" 5-ci yenilgisini alıb.
 
***
 
Musavat.com xatırladır ki, "Traktor" Futbol Klubu Təbriz şəhərinin İran milli futbol çempionatıda iştirak edən futbol komandasıdır. Klubun sponsoru Təbrizin ən böyük zavodlarından biri olan Traktor zavodudur. Bu klub öz tarixində Kərim Baqiri, Sirus Din Məhəmmədi, Hüseyn Xətibi, Rəsul Xətibi və s. kimi məşhur futbolçular yetişdirib.
 
Komanda 1970-ci ildə yaradılıb. Traktor 1975-ci ildə İranın Təxticəmşid adlı birinci divizion çempionatına yüksəlib. Həmin il 16 klub arasında 16-cı yeri tutub və ikinci diviziona düşüb. Ancaq Traktor kulubu 1977-ci ildə yenə birinci diviziona yüksələ bilib və 5-ci yeri tutub.
 
Traktor 1978/79 mövsümündə də TəxtiCəmşid çempionatında hazır idi və İran islam inqilabı baş verən zamanadək 9-cu yeri tuturdu. 1978-ci ildə İranın Federasiya çempionatında ilk dəfə bu yarışmalar keçirilirdi- ikinci yeri qazandı.
 
İran islam inqilabı və İran-İraq müharibəsi səbəbi ilə 1979-cu ildən 1988-ci ilədək iran futbol liqası bağlandı və təkcə əyalət çempionatları keçirilirdi və Traktor Təbriz liqasında oynayırdı. Bu dövrün son illərində Rumıniyalı məşqçi Vasili Qoca klubun baş məşqçisi təyin olunur. Vasili Qoca Traktor komandasında köklü və əsasi işlər gördü və bu klubun təməl kumandalarına nəzarət etdi. Həmin işlər Traktordə böyük dəyişiklərə və uğurlu nailiyyətlərə səbəb oldu. Traktor 1992-ci ildə İrannın Azadeqan adlı birinci divizionunda 3-cü oldu. Bu isə Traktornin İran‘ın birnici divizionunda ən yaxşı nəticəsidir. 1994-cü ildə isə bir daha İrannın Federasiya çempionatında(cami-hazfi) ikinci yeri qazandı.
 
Klub 2000/01 mövsümündə Azadeqan liqasında sonuncu oldu. Ancaq 2001/02 mövsümünda İranın yüksək liqasının təməli qoyuldu və Traktor də bu çempionataya qatıldı. Amma yenə də sonuncu olaraq aşağı liqaya düşdü. Traktor 7 il birinci divizionda qaldı və yüksək liqaya yüksələ bilmədi. Sonunda 2008/09 mövsümündə Fəraz Kəmalvəndin baş məşqçiliyi ilə Traktor İranın Xəlice-Fars adlı yüksək liqasının vəsiqəsini əldə etdi və yüksək liqaya qayıtdı.
 
Klub öz adını onun rəsmi sponsoru olan Təbrizin Traktor istehsal edən zavodunun adından götürüb. İngiliscə "Tractor" sözünə təbrizlilər öz ləhcələrində "Tirəxtur" və ya "Traxtur" deyirlər. Bu səbəbdən də azarkeşlər öz sevimli komandalarını məhz Təbriz ləhcəsi ilə alqışlayırlar.
 
Hətta azarkeşlər israrla klubun adının fars dilinə uyğun şəkildə "Traktor" adlandırılmasına etiraz etmək üçün köynəklər və bayraqlarına "Tirəxtur" və ya "Traxtur" yazırlar.
 

Загрузка...
Загрузка...