Azərbaycan əsilli milyarder Mübariz Mənsimovun həbsi pislənilib - ADP-nin növbəti toplantısı

Baxış sayı: 
293
3  
0  

 
 
Bu gün ADP İdarə Heyətinin toplantısı keçirilib. Gündəlikdə ölkədə və dünyada baş verən ictimai-siyasi hadisələr, təşkilati və partiyanın cari fəaliyyəti ilə bağlı məsələlər olub.
 
İdarə Heyəti ilk öncə ABŞ Dövlət Departamentinin 2019-cu il üzrə dünyada insan hüquq və azadlıqlarının vəziyyəti ilə bağlı açıqladığı hesabat ətrafında müzakirələr aparıb. Müzakirələrdə adı çəkilən hesabatda Azərbaycanda insan hüquq və azadlıqlarının vəziyyəti barədə əks onunanlar obyektiv həqiqət kimi dəyərləndirilib, eyni zamanda Azərbaycan hökuməti beynəlxalq təşkilatların bu tipli hesabatlarına ənənəvi qərəzli mövqe nümayiş etdirmək əvəzinə hesabatda göstərilən nöqsanların aradan qaldırılması üçün ölkədə insan hüquq və azadlıqları sahəsində köklü islahatlar həyata keçirməyə çağırılıb.
 
İdarə Heyəti qardaş Türkiyədə çalışan Azərbaycan əsilli milyarder Mübariz Mənsimovun Türkiyə polisi tərəfindən saxlanıldığı ətrafında da müzakirələr aparıb, Türkiyə-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsində, milli maraqlarımızın müdafiə olunmasında, Azərbaycanda və Türkiyədə bir çox xeyriyyə işlərində xidmətləri olan soydaşımızın “Feto” terror təşkilatı ilə əlaqədə olması ittihamı ilə həbsindən təəssüfləndiyini bildirib. Müzakirələrdə həmçinin qeyd edilib ki, Azərbaycan ictimaiyyətində Mübariz Mənsimovun həbsinin Azərbaycan oliqarx məmurlarının (SOCAR rəhbərinin) siyasi sifarişi ilə həyata keçirilməsi ilə bağlı şayələr dolaşır ki, bu da cəmiyyətimizi ciddi narahat edir. İdarə Heyəti hesab edib ki, qardaş Türkiyə ilə Azərbaycan arasında siyasi konyuktura tipli hərəkətlər hər iki dövlətin maraqlarına ziddir, bu tipli hərəkətlər hər iki xalqı incidə və əlaqələrinə xələl gətirə bilər. İdarə Heyəti yaranmış narahatçılıqları nəzərə alaraq qardaş Türkiyə dövlətindən baş verənlərə aydınlıq gətirməyi, Mübariz Mənsimovun həbsində siyasi motivlərə yol verməməyi, istintaqın şəffaf, obyektiv və hərtərəfli aparılmasını tələb edib.
 
İdarə Heyəti son zamanlar ölkədə siyasi motivli həbslərin aparılmasını da müzakirə edib. Müzakirələrdə bu həbslərin ölkə başçısının islahatlara yönəlik siyasətinə zidd olduğu qeyd edilib, bu tipli həbslərin ölkədə siyasi vəziyyətin gərginləşdirilməsinə xidmət etdiyi, eyni zamanda hakimiyyətdaxili pozucu və konservativ qüvvələrin əməli kimi dəyərləndirilib. İdarə Heyəti ölkədə siyasi motovli həbslərin və təhdidlərin dayandırılması üçün ölkə başçısını siyasi iradə nümayiş etdirməyə çağırıb.
 
İdarə Heyəti Ümumdünya Səhiyyə Təşkilatının pandemiya kimi elan etdiyi “Karona” virusu və bunun ölkəmizdə yaratdığı vəziyyətlə bağlı da müzakirələr aparıb. İdarə Heyəti bu virusun çox böyük təhlükə olduğunu nəzərə alaraq ölkə vətəndaşlarını gündəlik ənənəvi həyat tərzindən və təmaslardan imtina etməyə, imkan daxilində ictimai kütləvi yerlərdə olmamağa, dövlət orqanlarını isə ölkə xaricindən geri qayıdan vətəndaşlarımızın karantin rejiminə alınması istiqamətində daha sərt rejimə keçməyə çağırıb.
 
İdarə Heyəti ölkədə “Karona” virus təhlükəsi ilə əlaqədar Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın ölkə vətəndaşlarının sağlamlıq təhlükəsizliyini qorumaq məqsədilə elan etdiyi tövsiyyələri, təklifləri və qəbul etdiyi qərarları nəzərə alaraq 1 ay müddətinə partiyanın bütün toplantılarının ləğv edilməsi ilə bağlı qərar qəbul edib.

Загрузка...
Загрузка...