Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Baxış sayı: 
168
5  
0  

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Surəti: Ekologiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayevə
 
 
Cənab Prezident!
Ötən yazımızda “Elçin” şadlıq sarayı sahibi Afiq, Laçın bəylərin RİH-nin 20 metrliyində Heydər Əliyev prospektində 40 ədəd çoxillik ağacları kəsməsindən yazmışdıq. Şəhərin keçmiş meri M.Atakişiyevin razılığı ilə ağacların dibinə neft tökülsə də, ağaclar onların acığına qurumurdu. İki ağac isə böyük və yaraşıqlı, uca boylu sərv ağacları idi ki, bu özbaşınalığa bütün İmişlilər narazılıq etdilər, mənə isə təşəkkür etdilər.
Onlar ötən yazıdan narahat olublar, əvvəlcə mənə minnətçi göndərdilər, sonra hədə göndərildi ki; “Bəy, sən, başçı, prokuror, RPŞ rəisimisən ki, bizə baş ağrısı verirsən?”
Siz Prezident olaraq vətəndaşlardan və jurnalistlərdən Sizi məlumatlandırmağı xahiş edirsiniz. Amma məmur-oliqarxlar, korrupsiyalaşmış, rüşvətə bulaşmışların əlləri çox uzundur, Sizdən isə qorxmurlar. Dəfələrlə Baş Prokurorluqdan, Baş Nazirdən mənə məktublar gəlib ki, başçı V.Hacıyevə surətini göndərib tələb edirlər ki, səlahiyyətinizə aid olan hissədə, nəticə barədə müraciət müəllifinə cavab verilməsini xahiş edirik. Qoşma 13 vərəq. Əgər başçı V.Hacıyev baş prokurorluğun, nazirlər kabinetinin məktublarına cavab vermirsə, deməli nə rəsmiləri, nə də müəllifləri saymır.
Müəllifləri dostları məhkəmə sədri Qurban Hacıyev vasitəsi ilə, məhkəmə yollarında incidir, hədələyir, həbs etdirməkdən çəkinmirlər. 2008-ci ildə bazarlar sahibi Əziz Quliyev 9 prosesdən sonra bir il icbari, üç min manat cərimə etdirmişdi. 06 iyul 2017-ci ildə isə məmur-biznesmen S.Səmədov məni həbs etdirdi. Həbsi isə dostu məhkəmə sədri Qurban Hacıyev reallaşdırdı.
Taleyimi İtalyan filmi Mikel Plaçidonun “Sprut” filminin qəhrəmanı Komissar Kataniyə çevirdilər.
Afiq isə hədələyirmiş ki; Başçı V.Hacıyevin, Ekologiya nazirliyinin Şirvan Regional idarəsi rəisi Kənan müəllimin aktını almışıq ki, ağaclar quruyub, kəsilməlidir. Kəsdikdən sonra hələ ətrafdakı dəmir setkaları da sökdük. Kruqavoy (dairəvi) obyektlər tikəcəyik. Qapıbir qonşuma cərimə yazmaq istədikdə, qonşum deyib ki, mən hələ ağac kəsməmişəm deyib. Eləcə də dostum Teymurun həyətində kəsdiyyi qurumuş ağaca görə 300 manat cərimə yazmışdırlar.
İmişlini 7 nəfər oliqarx və rəsmilər hər tərəfi özəlləşdiriblər.
Afiqin “Araz” çayı yaxınlığında yol kənarında restoranlar şəbəkəsi, “domik” kafe və çayxanası, onun arxasındakı parkda 6 hektar ərazidə özəl “uşaq bağçası” var ki, qiymət bahadır deyə heç kim uşağını etibar etmir. Araz çayı yataqlarında 40-dan çox yuxarı qum-çınqıl karxanaları var. Şəhər ərazisindəki karxana Vüqar Qəhrəmanovundur ki, Messenat Holdinq prezidenti hacı Tofiq İsayevin qaynıdır. Dədə-baba karxanası,karxanam isə hamilik etdiyi 2000-ci ildə RİH-nin başçısı təyin olunan Vidadi Quliyevin, eləcə də o vaxt zorakı ad çıxartmış RPŞ rəisi Zahid Məmmədovun zorakılığı ilə Arif Vəliyevdən alınıb T.İsayevin himayəsində də qaldı. T.İsayev həmin kərxananı qum və çınqılını Bakıdakı çoxmərtəbəli binaların, şadlıq saraylarının, restoran-“Titanik” İmişlidə “Gənclik” şadlıq sarayının tikintisində pulsuz olaraq işlədib.
Bu adamlar nə Vüqar Qəhrəmanov nə də S.Səmədovun karxanasını işlədən şəxs şəhər bələdiyyəsinə mədən vergisini bir qəpikdə ödəməyiblər. S.Səmədovun karxanasını işlədən şəxs şəhər bələdiyyə üzvünü hədələyib ki, birdə gəlib mədən vergisini istəsən səni güllə ilə vuracam” deyib.
Melorasiya və Su Təsərrüfatı ASC-nin İmişli rayonundakı Hidroqovşaq rəisi də korrupsiyalaşmış, əli rüşvətə öyrəşmiş M.Mirişov bitib tükənməyən sərvətə, torpaq sahələrinə malikdir. Şəhərin mərkəzində bazarın 50 metrliyindəki torpaq sahəsini çox ucuz qiymətə almışdır, hazırda yarım milyona sata bilər. həmin sahədə market, mağaza, dukanlar şəbəkəsi saldırır. Qulubəyli kəndində mal-qara ferması var. Bakıda, Sumqayıtda ev mülkləri var. Tikinti kralı Yasəf Hüseynovla iş birliyində mövcüddür. Y.Hüseynov “Araz” çayı yaxınlığında, magistral yolun solunda və sağında bazarlar şəbəkəsi, və məlum olmayan iri tikintiləri var. Yulğun kollarını traktorlarla kötüyündən çıxartdırıb hazırda oliqarxa çevrilib. İmişlidən olan oliqarxların uşaqlıqları çox yoxsul keçib, eləsi olub ki, qonum-qonşu fitrələrini onlara verib. Y.Hüseynov dostu Saleh Səmədov, Ə.Quliyev, Afiq Laçınlar və s.“Suprut” filminin qəhramanı Komissar Katani mafioz Tanonun evinə gəlir, ona deyir ki: “Bu qədər səvətin var. niyə pisliklərdən əl çəkmirsən. Tanu ona deyir ki, uşaqlığım çox yoxsul keçib. Həmyaşıdlarım velosiped sürəndə, oyuncağ oynadanda onlara həsədlə baxırdım. Həmin uşaqlıq illərimin acı xatirələrinin qisasını indi alıram. Komissar ona deyir ki, səni təqib edəcəyəm, səni həbs edəcəyəm. Tanonun killerləri onu itələyə-itələyə evdən qovurlar. Motoskletçi killer dəstəsi Komissarı əhatəyə alır, güllə baran edirlər. Komissar bircə kəlmə hayqırır və dizi üstə düşür.
Əsərin müəllifi Mikel Plaçido sübut etmək istəyir ki, dünya ədalətsizliklərlə doludur. Bizim ölkəmizin isə mafioz Tanoları İtalya mafiozlarında qat-qat güclü və amansızdırlar. Siz tez-tez müşavirədə kölgə iqtisadiyyatının bizim ölkədə olmayacağını desənizdə Mikayıl Cabbarov iqtisadiyyat nazirimiz kölgə iqtisadiyyatının dərəcəsini açığladı. Yükəsk ali təhsilli iqtisadçı kimi bildirirəm ki, nazir M.Cabbarovun gətirdiyi faktlar doğrudur. Çox oliqarxı yüksək sürətdə cərimə etdirib. Eləcə də, Saleh Səmədovu. Çıxışınızda 5-ci kalondan danışdınız. 1846-cı il K.Marks dostu Gügelmana məktub yazır ki: “Fransada burjaziya inqilabının baş vermə səbəbi əclaf fabrikatçılarla satqın fəhlə başçılarının gizli iş birlikləri olub.” Fransa həmin inqilabdan 200 il geri düştü.Məhşur sənətkarlar, tacir, həkim, ziyalılar İngiltərəyə mühacirətə getdilər. Makiavelli deyirdi: inqilabları güclü başlar hazırlayır, fanatlar həyata keçirir, qazanan fırıldaqçı və dələduzlar olur.
Sərdar Cəlaloğlu isə deyir ki: “ölkədə iqtidar içi gizli müxalifətlə radikal müxalifətin gizli iş birliyi var.” Bu birlik ölkəni inqilaba sürükləyir. İnqilab baş verərsə, birinci ölkəni mən tərk edəcəyəm. 170 il əvvəl K.Marksın dahiyanə izah etdiyini, ötən ilin sonunda Sərdar Cəlal oğlu doğru olaraq açıqlanmışdı. H.Marksla fikirləri üst-üstə düşmüşdür.
İmişlinin başçısı V.Hacıyev 8 ildir ki, başçı təyin olunub, bu 8 ildə gördüyü iş varsa, Heydər Əliyev prospektinin təmizlənməsi birdə ağacları qırdırması olub. Afiq və Laçınlar ağacları neft quruda bilməsələrdə Heydər Əliyev prospektində ağac qətliamı etmələri düşündürücüdür.
5 gün olar ki başçı vaxtı ilə onu təhqir edən məmur oliqarx S.Səmədovu qəbulunda 1 saatlıq qəbul edib. Oliqarxın zavodunda Azər İşıq Regional idarə rəisi Canəhməd Əhmədov 3 faza transfarmator tutub, mütəxəssislər isə 65 min manat cərimə yazıblar. Oliqarxın dostu məhkəmə sədri Qurban cəriməni kitabdan kitaba salıb ləğv edib. Umumiyyətlə Ədliyyə nazirliyində islahatlat tez başlamalıdır ki, Q.Hacıyev kimilər tezliklə cəzalandırılsın. Canəhməd Əhmədovun isə Qurban Hacıyevlə dostluqları mövcüddur. Canəhmədin katibəsi Svetlana ilə yazılmamış qanunları var. Hətta Svetlananın atasına, anasına pul kartı verib. Hörmətli Əhmədov Qızılkənd sakinini güya işıq oğurladığına görə şilləyə qonaq edib, ağır söyüş söyüb. Oliqarxların obyektlərinə verdikləri qeyri-qanuni işığın pulunu kənd sakinlərinə yüklətdirir. Cənab prezident sizi məlumatlandırdığım faktların araşdırılmasını, bu barədə aidiyyəti orqanlara sərancam verməyinizi xahiş edirəm. Sizə hörmətlə!
 
ADP İmişli rayon Təşkilatının sədri,
                                                    Jurnalist:                                      Məhbub Əvəz oğlu Zülfüqarlı
 
23 mart 2020Hacıyev cərimc
Hacıyev cərimc

Загрузка...
Загрузка...