Azərbaycan ordusunun istefada olan zabiti vəfat edib — FOTO

Baxış sayı: 
80
1  
0  

Azərbaycan ordusunun istefada olan zabiti -mayor Ceyhun Salmanov uzun sürən ağır xəstəlikdən sonra bu gün səhər saatlarında dünyasını dəyişib.

Qazinin yaxın qohumlarının Yeniavaz.com-a verdiyi məlumata görə, mayor Ceyhun Salmanov 2018-ci ildən xərçəngin nadir rast gəlinən “anaplastiktiroid” növündən əziyyət çəkirdi.

Məlumat üçün bildirək ki, Salmanov Ceyhun Tahir oğlu 1980-ci ildə Göyçay rayonunda anadan olub. 2001-ci ildən 2005-ci ilədək Dövlət Sərhəd Xidmətinin bir neçə hərbi hissəsində xidmət edib. 

2004-cü ildə minaya düşərək ağır yaralanması nəticəsində 2-ci qrup əlillik dərəcəsi verilib. 

2004-cü ilin iyul ayında Azərbaycan Prezidentinin Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunub. Daha sonra müxtəlif hərbi hissələrdə quluq edən mayor Ceyhun Salmanov 2018-ci ildə istefaya göndərilib.

Allah Rəhmət eləsin!

Загрузка...
Загрузка...