Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başladı - FOTO/VİDEO

Baxış sayı: 
17
1  
0  

Bu gündən Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb.
 
Publika.az-ın xəbərinə görə, təlimlər Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilir.
 
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında baş tutan genişmiqyaslı əməliyyat-taktiki təlimlərə Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, hərbi birlik və birləşmələri cəlb edilib.
 
Təlimin mövzusunda dağlarda əks-hücum əməliyyatının təşkili və keçirilməsi, düşmən qruplaşmasının darmadağın edilməsi məqsədilə qabaqlayıcı zərbələrin endirilməsi və azad edilmiş ərazilərdə əlverişli hədlərin tutulması üzrə fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulub.

Загрузка...
Загрузка...