Azərbaycan-Nurəddin İsmayıl

 

Azərbaycan, sən ey köksü
Atəşlər içində qovrulan diyarım, 
Sən ey, ana yurdum, könül iftixarım.
Ruhumuzun bir vurduğu bədəndin,
Parçalanıb, bölündün.
Yanan özün, yandıran öz çölündür.

Qismətinə ayrılığın dastanını yazdılar,
Diri ikən sinən üstə məzarını qazdılar.
Bir qolunu zəncirlədi fars adlı “teist”lər”
Bir qoluna qandal vurdu dinsiz-ateistlər.

Azadlığa meydan açan Səttəri xandır,
Şeyx Məhəmməd Xiyabanidir,
Yaddaşlarda izi qalan,
Yandırdığı ocaqlardır ürəklərdə közü qalan.
Pəhləvi qəsdinə durdu istiqbalının,
Şurəvi sinəsindən vurdu istiqlalının.

Mücahidlər, fədailər can verir
Qüzeyində zindanlarda,
Azadlıq aşiqləridir güneyində,
Təbriz deyib, haray çəkir meydanlarda.
Tikanlı məftillər götürüldü,
Ayrılıqlar götürülmədi aramızdan,
Allahım, bu yara nə dərin yara,
Hələ də qan sızır yaramızdan!..

Dedik, birləşək, bir olaq,
Azad olsun ellərimiz.
Nə biləydik, cəlladlara,
Göz dağıymış türkü deyən dillərimiz.
Hökmünü farsdır verən cənubunda millətimin,
Torpağına göz dikilib şimalında dövlətimin.
Şuşasıdır bir tərəfdə əsarətin caynağında inləyən,
Təbrizdir can verir o tərəfdə,
Yox kimsə dərdini dinləyən.

Kəsilir başlar, asılır canlar, fitnə yuvası Tehranda,
Ədalət qapısına daş bağlanıb Azərbaycanda.
“Zəbani farsi”ni bayraq edib,
Dilimə xor baxır İran,
Könüllərdir orada, edilir viran.
Çəkiblər milləti məzhəb davasına,
Döndəriblər yudumu bütlər yuvasına.

Qardaş bilib, erməniyə hay verdilər,
Bu nə dindaşlıq, yağıya sərvət, pay verdilər.
Şəhriyarıma, Səhəndimə
qənim kəsildi kəsranilər,
Etmədi bu zülmü bizə nəsranilər.
Əl ələ yetdi, el elə yetmədi,
Zalımlar girdi araya, aramızdan ayrılıqlar getmədi.
Ozan gəlsin, dərdimizi bəyan eyləsin,
Bəndə bilməz sirrini, Tanrım özü əyan eyləsin.

 

Загрузка...
Загрузка...