“Azərbaycan müharibəyə başlasa, dünyanın koronavirusa olan diqqəti Qarabağa yönəlməyəcək” – İlham İsmayıl

Baxış sayı: 
117
3  
0  

“Ermənilərin məhz azərbaycanlıların Soyqırımı günündə martın 31-nə “seçki” təyin etdikləri 3 ay əvvəldən məlum idi”.

Turaninfo.org xəbər verir ki, bu fikirləri Yenicag.az-a açıqlamasında Dağlıq Qarabağdakı qondarma rejimin martın 31-də keçirdiyi “prezident seçkiləri”ni dəyərləndirən keçmiş təhlükəsizlik zabiti İlham İsmayıl deyib.

İlham İsmayıl bildirib ki, ermənilərin martın 31-də – məhz azərbaycanlıların Soyqırımı günündə “seçki” keçirmələrinin cavabı mütləq verilməlidir:

“Öncə sərt diplomatik, sonra isə hərbi yolla onların cavabı verilməlidir. Hərb yolu o demək deyil ki, həmən müharibə edəsən. Ermənilərin işğal etdiyi torpaqlarımızda rahat yaşaya bilməyəcəklərini onlara başa salmaq lazımdır. Hamı gözləyirdi ki, ermənilərin bu “seçki”si ərəfəsində cəbhədə nəsə olacaq, ancaq olmadı.

Açığı, Ermənistan-Azərbaycan sərhədinin bizə aid hissəsində görülən işləri anlamaq çətindir. Çünki Qazax istiqamətində hansısa işlərin görülməsinin Qarabağ məsələsinə birbaşa aidiyyatı yoxdur. O işlər cəbhənin təmas xəttində həyata keçirilsəydi, yerinə düşərdi.

Yenə deyirəm, bu ərəfədə cəbhə xəttində düşmənə gərginlik yaşatmaq lazım idi. Bizim hərəkətsizliyimiz onlarda arxayınçılıq yaradır və onlar sakit şəkildə işlərini görürlər. Özü də təkcə Dağlıq Qarabağ ərazisində yox, ətraf ərazilərdə də bu işlə məşğuldurlar. Deyərdim ki, bununla ermənilər Azərbaycanın vəziyyətlə barışdığı qənaətinə gəlirlər.

Baxın, martın 30-da Milli Məclisin iclası keçirildi. Ermənilərin “seçki”sinə reaksiya olmadı, nə bəyanat verildi, nə də çıxış edən oldu. Sanki parlamentdə Qarabağ sözünü işlətməyi qadağan ediblər. Ermənilər Qarabağda dövlət qurmaq üçün hər şeyi edirlər, dedputatlar isə sözdə də bir etiraz bildirmirlər”.

İlham İsmayıl hesab edir ki, Azərbaycanın Dağlıq Qarabağda keçirilən ötən “seçki”lərə standart yanaşması yenə təkrarlandı:

“Dünən Azərbaycan Xarici İşlər Nazirliyi ənənəvi olaraq, bəyanat verdi. Beş il əvvəlki “seçki”də də eyni bəyanat verilmişdi, heç sözləri belə dəyişməyiblər. Erməni tərəfi də görür ki, Azərbaycan vəziyyəti dəyişmək üçün tutarlı addım atmır.

İndi də əllərinə koronavirus bəhanəsi keçib. Bəziləri də deyirlər ki, müharibəyə başlamaq və ya nəsə addım atmaq əxlaqi cəhətdən düzgün deyil. Adamdan soruşarlar, sənin torpaqların əxlaq dəyərləri ilə işğal olunub? Müharibə yeri gələndə həm də fürsətçillikdir. Yeri gələndə, fürsətlərdən yararlanmalısan. Beynəlxalq şərait deyirdilər, o şərait indi yaranıb. Rusiya ilə Ermənistanın arasında kifayət qədər çatlar var. Dünyanın başı koronavirusa qarışıb. Sən torpağını azad etməyə qalxsan, dünyanın koronavirusa olan diqqəti Qarabağa yönəlməyəcək”.

 
 
Загрузка...
Загрузка...