Azərbaycan millisi üçün növbəti şans - SƏBƏTLƏR AÇIQLANDI

Baxış sayı: 
369
1  
0  

Futbol üzrə Avropa çempionatının seçmə mərhələsinin səbətləri bilinib.

 

Millətlər Liqası vasitəsilə 2020-ci ildə keçiriləcək Avropa çempionatına vəsiqə qazana bilməyən millimiz bu dəfə cəhdini seçmə mərhələ vasitəsi ilə edəcək.

 

Komandamız beşinci səbətdə yer alıb.

 

I səbət: Portuqaliya, İsveçrə, Hollandiya, İngiltərə, Belçika, Fransa, İspaniya, İtaliya, Xorvatiya, Polşa

II səbət: Ukrayna, Almaniya, İslandiya, Bosniya və Herseqovina, Danimarka, İsveç, Rusiya, Avstriya, Uels, Çexiya

III səbət: Slovakiya, Türkiyə, İrlandiya, Şimali İrlandiya, Şotlandiya, Norveç, Serbiya, Finlandiya, Bolqarıstan, İsrail

IV səbət: Macarıstan, Rumıniya, Yunanıstan, Albaniya, Monteneqro, Kipr, Estoniya, Sloveniya, Litva, Gürcüstan

V səbət: Makedoniya, Kosovo, Belarus, Lüksemburq, Ermənistan, AZƏRBAYCAN, Qazaxıstan, Moldova, Cəbəlüttariq, Farer Adaları

VI səbət: Latviya, Lixtenşteyn, Andorra, Malta, San Marino

 

Qeyd edək ki, püşkatma mərasimi dekabrın 2-də İrlandiyanın paytaxtı Dublində olacaq. Turnirin özü isə 2019-cu ilin martından noyabrınadək keçiriləcək. Öz qrupunda I və II yeri tutan komandalar final mərhələsinə vəsiqə qazanacaq.

Загрузка...
Загрузка...